1. Təqdimat hazırlamaq üçün istifadə olunan proqram hansıdır?
A) MS Project
B) MS PowerPoint
C) MS InfoPath
D) QuarkXpress
E) MS Word
2. BIOS – bu... .
A) oyun proqramıdır
B) proqramlaşdırma dilidir
C) giriş/çıxış baza sistemidir
D) dialoq örtük proqramıdır
E) əməliyyat sisteminin əmr dilidir
3. 10 MB + 4096 KB + 8192 B = ? KB
A) 12298
B) 14337
C) 4114
D) 14104
E) 14344
4. Elektron poçt protokolları hansılardır?
1. HTTP
2. SMTP
3. FTP
4. POP3
5. ISP
A) 1, 4
B) 1, 5
C) 2, 3
D) 2, 4
E) 3, 5
5. Elektron məktubu göndərərkən nəyi mütləq göstərmək lazımdır?
A) məktubun başlığını
B) göndərənin imzasını
C) məktubun mətnini
D) göndərənin ev ünvanını
E) alanın elektron ünvanını
6. Mətn faylının tutumu 320 kbaytdır. Fayl hər səhifəsində orta hesabla 32 sətiri olan kitabdan ibarətdir. Hər sətirdə 64 simvol var. Faylın neçə səhifəsi var?
A) 320
B) 160
C) 540
D) 640
E) 1280
7. Hansı teq mətni indeksdə yazmağa imkan verir?
A) <a>
B) <sub>
C) <p>
D) <sup>
E) <i>
8. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə müxtəlif simvol var?
110011011001101110011011101111001100110110111100
A) 3
B) 6
C) 4
D) 8
E) 5
9. Verilənlər bazası ilə işləmək üçün əsasən hansılar istifadə olunur?
1)DBase; 2)Pascal; 3)Clipper; 4)Prolog; 5)SQL
A) 1, 2
B) 3, 4
C) 1, 3, 5
D) 1, 2, 4
E) 2, 3
10. Sənəddəki fraqmentin əvəz olunma pəncərəsini çağırmaq üçün hansı klaviş kombinasiyasından istifadə olunur?
A) CTRL+Z
B) CTRL+H
C) CTRL+A
D) CTRL+R
E) CTRL+Y
11. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm
12. Verilmiş cədvəldə C1 xanasındakı formul D2, C2 xanasındakı formul D1, xanasına köçürülərsə, D3xanasının qiyməti neçə olar?
A) 14
B) 8
C) 18
D) 10
E) 13
13. Slaydın mətnində böyük və kiçik hərflərin işlənmə qaydası necə müəyyən edilir?
A) Файл >Шрифт (File>Font)
B) Главная>Шрифт (Home>Font)
C) Вид >Шрифт (View >Font)
D) Дизайн >Шрифт (Design >Font)
E) Вставка >Шрифт (Insert>Font)
14. Cari slayda verilmiş keçid effekti bütün slaydlara eyni vaxtda necə verilir?
A) Показ слайдов>Настройки (Slide Show>Set Up)
B) Переходы>Тайминг (Transitions>Timing)
C) Показ слайдов >Тайминг (Slide Show >Timing)
D) Анимации>Дополнительные Анимации (Animations>Advanced Animations)
E) Bu əməliyyat mümkün deyil
15. Mətn redaktorunda yazılmış mətnin aşağıdakı fraqmentinə əsasən kursorun (|) dayandığı nöqtəyə görə “Backspace” düyməsi 3 dəfə və “Delete” düyməsi 4 dəfə basıldıqdan sonra informasiyanın son məzmunu necə olar (Word 2010)?
“Learn |informatics”
A) Lermatics
B) Leormatics
C) Lormatics
D) Lformatics
E) Learmatics
16. Köməkçi alqoritmlər üçün tərtib edilmiş alqoritmdə istifadə olunan dəyişənlər necə adlanır?
A) kəmiyyətlər
B) psevdokodlar
C) verilənlər
D) altproqramlar
E) formal parametrlər
17. Aşağıdakı qurğulardan hansılar çevirici (Switch) hesab edilir?
1. bridge
2. repeater
3. gateway
4. router
A) 1, 2
B) 1, 3
C) 1, 4
D) 2, 3
E) 2, 4
18. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED
19. MS Excel-də işçi kitabda «Имя» (Name Box) sahəsində nə əks olunur?
A) formatlaşdırma elementləri
B) işçi vərəqin adı
C) qeyd olunmuş xananın ünvanı (adı)
D) xanaya daxil edilmiş məlumat
E) işçi kitabın adı
20. Verilmiş cədvəldə C1 xanasındakı formul D1 xanasına köçürülərsə, D1 xanasının qiyməti neçə olar?
A) 15
B) 14
C) 12
D) 23
E) 16
21. Delete əmri ilə silinmiş istənilən obyektin aqibəti necə olur?
A) Kompüterin yaddaşından tam olaraq silinir
B) Məzmunu silinir, adı saxlanılır
C) My documents (Мои документы) qovluğuna göndərilir
D) Bufer yaddaşda saxlanılır
E) Recycle Bin (Корзина) qovluğunda saxlanılır
22. Heç bir dövrəsi olmayan əlaqəli qrafa nə deyilir?
A) ilgək
B) ağac
C) vətər
D) dövrə
E) diqraf
23. Sənəddə 30 səhifə vardır. Şəkildə File(Файл/Fayl) → Print (Печать/Çap) kateqoriyasından bir fraqment verilmişdir (MS Word 2010). Bu fraqmentdəki Pages (Səhifələr) sahəsinə 1 – 7, 12 – 17, 21 – 33, 38 – 39 daxil edib, Print (Çap) düyməsini klikləsək, neçə vərəq çap olunar?
Sizin cavabınız:
Doğru cavab: 22
24. Aşağıdakı bərabərlik məntiq cəbrinin hansı qanununu əks etdirir?
A) Yapışdırma
B) Qruplaşdırma
C) Paylama
D) De Morqan
E) Udma
25. MS Word işə salındıqda ilk təqdim olunan interfeysdə aktiv olan lentdə hansı qrup mövcud deyil?
A) Clipboard (Буфер обмена)
B) Font (Шрифт)
C) Editing (Редактирование)
D) Page setup (Параметры страницы)
E) Paragraph (Абзач)