Yoxlama nəticələri

1. if, for, while operatorlarından hansı dövrlərin sayı məlum olmadıqda istifadə edilə bilər?
A) heç biri
B) for
C) while
D) if
E) hamısı


2. III nəsil EHM-ə aid olmayan cavabı müəyyən edin.
A) İlk dəfə maqnit yaddaş diskindən istifadə olundu
B) İlk dəfə monitordan istifadə edildi
C) İlk dəfə yarımkeçiricilərdən istifadə edildi
D) Kompüterdə multiproqram rejimindən istifadə edildi
E) Kompüterə çoxlu əlavə qurğular qoşulması imkanı yaradıldı


3. Sərt disklərdə informasiyanın saxlanmasının təhlükəsizliyini təmin etmək üçün onları nədən qorumaq lazımdır?
A) Temperaturan aşağı düşməsindən
B) Atmosfer təzyiqinin dəyişkənliyindən
C) İşıqdan
D) Xarici fiziki təsirlərdən
E) Səs siqnallarından


4. Aşağıdakı hesablama hansı say sistemində doğrudur?
43x+12x=55x

A) 5
B) 10
C) 6 və yuxarı
D) 7
E) 5 və yuxarı


5. Şəkildə hansı şəbəkə topologiyası təsvir olunub?


A) ulduz
B) halqa
C) ağac
D) şin
E) tam


6. Kompüterdə məsələnin həlli hansı ardıcıllıqla aparılır?
1. işçi proqramın icrası, nəticələrin alınması və təhlili
2. proqramlaşdırma dilinin seçilməsi və sazlanması
3. həll alqoritminin yaradılması
4. verilənlərin strukturunun təyini
5. məsələnin qoyuluşu

A) 1, 2, 3, 5, 4
B) 5, 1, 3, 4, 2
C) 3, 2, 1, 5, 4
D) 5, 3, 4, 2, 1
E) 5, 4, 1, 2, 3


7. Uyğunluğu müəyyən edin.
1. router
2. repiter
3. bridge
a) OSI modelinin kanal səviyyəsində işləyir və eyni protokolla işləyən qurğuları birləşdirir
b) OSI modelinin şəbəkə səviyyəsində işləyir və müxtəlif protokollu qurğuları birləşdirir
c) OSI modelinin fiziki səviyyəsində işləyir və siqnalın səviyyəsini bərpa etməklə şəbəkə seqmentlərini birləşdirir

A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-a, 2-c, 3-b
D) 1-c, 2-b, 3-a
E) 1-b, 2-a, 3-c


8. 1558 ədədinin 16-lıq say sistemində yazılışı necədir?
A) 5316
B) F216
C) 7B16
D) 6D16
E) CA116


9. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması


10. Filtr (və ya keşikçi) tip antivirus proqramlarının əsas funksiyası nədir?
A) Əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir
B) Virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir
C) Kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir
D) İcra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları izləyir
E) Vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır