1. Doğru mülahizəni seçin.
1. Rəqəmli imzada şifrləmə üçün açıq açar istifadə edilir
2. Rəqəmli imzada şifrləmə üçün gizli açar istifadə edilir
3. Rəqəmli imzada deşifrləmə üçün gizli açar istifadə edilir
4. Rəqəmli imzada deşifrləmə üçün açıq açar istifadə edilir
A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4
2. Aşağıdakı əlifbadan istifadə edilməklə “UNİCODE” sözü Sezar şifri ilə şifrlənmiş və “DVRIYJK” şifrlənmiş mətni alınmışdır. Bu halda gizli açar neçə olmuşdur?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) 8
B) 9
C) 10
D) 11
E) 12
3. Aşağıdakı əlifbadan istifadə edilməklə gizli açarı 3 olan Sezar şifri ilə şifrlənmə nəticəsində “QPVGTPGV” şifrlənmiş mətni alınmışdır. İlkin mətn variantlardan hansında doğru verilib?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) İNTERNET
B) İNTERVAL
C) İNTRANET
D) JOUƏSOƏU
E) IMŞDPMDŞ
4. Doğru mülahizəni seçin.
1. Asimmetrik şifrləmədə şifrləmə üçün açıq açar istifadə edilir
2. Asimmetrik şifrləmədə şifrləmə üçün gizli açar istifadə edilir
3. Asimmetrik şifrləmədə deşifrləmə üçün gizli açar istifadə edilir
4. Asimmetrik şifrləmədə deşifrləmə üçün açıq açar istifadə edilir
A) yalnız 1
B) 1 və 3
C) yalnız 2
D) 2 və 3
E) 2 və 4
5. Hər hansı məlum virusa yoluxmuş faylı aşkarlamağa imkan verən antivirus hansıdır?
A) Detektorlar
B) Faqlar
C) Müfəttişlər
D) Süzgəclər
E) Vaksinlər
6. Kompüter piratçılığı nədir?
A) Mühüm informasiyanı oğurlamaq məqsədilə sistemin “sındırılması”
B) Kompüterlərə bir neçə istiqamətdən virus hücumlarının təşkili
C) İzinsiz olaraq proqram məhsulunun üzünün çıxarılıb yayılması
D) İstifadəçilərin sistem resurslarına daxil olmasının məhdudlaşdırılması
E) Trojan proqramlarının köməyi ilə başqasının kompüterindən mühüm informasiyaların əldə edilməsi
7. İnternet, yaxud başqa kompüter şəbəkələrindən istifadə olunmaqla törədilən cinayətlər necə adlanır?
A) Piratçılıq
B) Kibercinayətkarlıq
C) Kriptoqrafiya
D) Virus hücumu
E) Hakerlik
8. Aşağıdakı əlifbadan istifadə edilməklə “PRİNTER” sözü Sezar şifri ilə şifrlənmiş və “VYOTAIY” şifrlənmiş mətni alınmışdır. Bu halda gizli açar neçə olmuşdur?
Əlifba:
0, A, B, C, Ç, D, E, Ə, F, G, Ğ, H, X, I, İ, J, K, Q, L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü, V, Y, Z
A) 4
B) 5
C) 6
D) 7
E) 8
9. Video-müşahidə kameraları, elektron qıfıllar və s. hansı mühafizə sisteminə aiddir?
A) Proqram-aparat
B) Mühəndis-texniki
C) Təşkilati
D) Qanunverici
E) Heç biri
10. Aşağıdakı işarələrdən hansı müəlliflik hüququna aiddir?
A) ©
B) ®
C) @
D) ™
E) &