Yoxlama nəticələri

1. Ana plata üzərində yerləşənləri seçin.
1. prosessor
2. sərt disk (vinçester)
3. əməli yaddaş (ƏYQ)
4. daimi yaddaş qurğusu (DYQ)
5. qida bloku

A) 1, 2, 3
B) 1, 3, 4
C) 1, 2, 5
D) 2, 3, 4
E) 3, 4, 5


2. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


3. Hansılar sistem blokunun növləridir?
I. AT; II. CRT; III. İSA; IV. ATX

A) I, II
B) II, III
C) III, IV
D) II, IV
E) I, IV


4. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku


5. Trackball hansı qurğunun analoqu ola bilər?
A) lazer printer
B) coystik
C) diyircəkli maus
D) lazer maus
E) taçpad


6. Bütün kompüterlərə məxsus olmayan vasitələri göstərin:
A) BIOS
B) Proqram təminatı
C) Xüsusi periferiya qurğuları
D) Texniki təminat
E) Drayverlər


7. Aşağıdakılardan hansılar xarici yaddaş qurğularıdır?
I. Floppy Disc; II. RAM; III. Hard Disc; IV. ROM; V. Keş

A) I, II
B) I, III
C) II, IV
D) II, V
E) III, IV


8. Böyük həcmdə informasiyanı saxlayan yaddaş qurğusu hansıdır?
A) digitayzer
B) kontroller
C) plotter
D) strimer
E) skaner


9. Hansı doğrudur?
“Kompyuter ... istifadə oluna bilər”.
1. prosessorsuz
2. daxili yaddaşsız
3. printersiz
4. CD ROM-suz

A) 1, 2
B) 3, 4
C) 1, 3
D) 1, 4
E) yalnız 2


10. ... idarə qurğusu olub giriş-çıxış qurğularını mərkəzi prosessorla birləşdirir.
A) kontroller
B) drayver
C) port
D) interfeys
E) şin