Yoxlama nəticələri

1. Düzgün variantları seçin.
1. Yaddaş daxili və xarici olmaqla iki yerə bölünür.
2. Sistem şini prosessorla yaddaş və periferiya qurğularını əlaqələndirir.
3. Çevik disk 1,44 kbayt yaddaşa malikdir.
4. CMOS əməli yaddaşın daxilində yerləşir.
5. Prosessor hesab və məntiq əməliyyatlarını yerinə yetirir.

A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 2, 5
D) 2, 4, 5
E) 1, 3, 4


2. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver


3. Aşağıdakılardan hansılar xarici yaddaş qurğularıdır?
I. Floppy Disc; II. RAM; III. Hard Disc; IV. ROM; V. Keş

A) I, II
B) I, III
C) II, IV
D) II, V
E) III, IV


4. Bütün kompüterlərə məxsus olmayan vasitələri göstərin:
A) BIOS
B) Proqram təminatı
C) Xüsusi periferiya qurğuları
D) Texniki təminat
E) Drayverlər


5. Uyğunluğu müəyyən edin:
1. Xarici yaddaş qurğuları
2. Giriş qurğuları
3. Daxili yaddaş qurğuları
a. klaviatura, maus
b. əməli yaddaş, daimi yaddaş qurğusu
c. monitor, səsucaldan
d. printer, plotter
e. CD-ROM, DVD-RW

A) 1 – e; 2 – a; 3 – b
B) 1 – c; 2 – a; 3 – b
C) 1 – d; 2 – a; 3 – b
D) 1 – e; 2 – c; 3 – a
E) 1 – d; 2 – c; 3 – e


6. Daxili yaddaş qurğularına aiddir:
1. RAM
2. HDD
3. DVD
4. BIOS
5. FDD

A) 1, 5
B) 1, 4
C) 1, 3, 5
D) 2, 5
E) 2, 4, 5


7. Aşağıdakı ardıcıllıqlardan hansı doğrudur?
A) Əməli yaddaş > Prosessor > L1 keş > L2 keş
B) Prosessor > L1 keş > Əməli yaddaş > L2 keş
C) Əməli yaddaş > L1 keş > L2 keş > Prosessor
D) Əməli yaddaş > L2 keş > L1 keş > Prosessor
E) L1 keş > L2 keş > Əməli yaddaş > Prosessor


8. Aşağıdakılardan hansı kompüterin əsas qurğusu deyil?
A) monitor
B) klaviatura
C) modem
D) siçan
E) sistem bloku


9. Aşağıdakılardan hansı skanner növü deyil?
A) handheld
B) flatbed
C) impact
D) sheet-fed
E) overhead


10. Aşağıdakılardan hansılar daxiletmə qurğusudur?
I. Floppy disc; II. Barcode; III. Proyektor; IV. Joystick; V. Speaker

A) I, II
B) I, V
C) II, IV
D) III, IV
E) III, V