Yoxlama nəticələri

1. Elektron poçt protokolları hansılardır?
1. HTTP
2. SMTP
3. FTP
4. POP3
5. ISP

A) 1, 4
B) 1, 5
C) 2, 3
D) 2, 4
E) 3, 5


2. İST-ni yoğun koaksial kabelə qoşan qurğu ... adlanır.
A) Transiver
B) Modem
C) Repeater
D) Terminator
E) Switch


3. 72 kB-lıq faylı 12 saniyəyə yükləmək üçün modemin qəbul etmə sürəti nə qədər olmalıdır?
A) 40 kbit/san
B) 60 kbit/san
C) 36 kbit/san
D) 48 kbit/san
E) 72 kbit/san


4. 16384 bit/san sürətlə internetə qoşulan modem 15 saniyədə ən çoxu nə qədər informasiya yükləyə (ötürə) bilər?
A) 50 kB
B) 25 kB
C) 40 kB
D) 35 kB
E) 30 kB


5. Aşağıda verilmiş iki söz arasındakı məntiqi əlaqəyə əsasən, üçüncü sözə uyğun gələn variantı seçin.
WPAN – Bluetooth
WLAN – ?

A) ADSL
B) Dial-up
C) ISDN
D) Wi-Fi
E) Internet


6. Hansı şəbəkə texnologiyalarında marker (jeton) istifadə olunur?
1. Ethernet
2. Token Ring
3. 100VG-AnyLAN
4. ARCNET

A) 1, 2
B) 2, 3
C) 1, 3
D) 1, 4
E) 2, 4


7. Aşağıdakılardan hansı ekranlaşmamış burulmuş cütlü kabeldir?
A) STP
B) Coaxial
C) Fiber-optic
D) RJ-45
E) UTP


8. Verilmiş blokların ardıcıl birləşdirilməsi nəticəsində alınan IP ünvanlardan hansı yanlışdır?
A- .128.
B- 12
C- .12
D- 5

A) DABC
B) BADC
C) ABDC
D) BCAD
E) DCAB


9. Verilmiş blokların ardıcıl birləşdirilməsi nəticəsində alınan IP ünvanlardan hansı düzgündür?
X- 56.1
Y- 5.11
Z- .2
T- 21

A) XZYT
B) TZXY
C) XTYZ
D) TYZX
E) XTZY


10. Cədvəldə axtarış sisteminə verilmiş sorğular və müvafiq axtarış nəticəsində İnternetdə tapılmış səhifələrin sayı verilmişdir (Sorğularda “VƏ YA” məntiqi əməlini işarə etmək üçün OR, “VƏ” məntiqi əməli üçün isə AND istifadə edilmişdir):



Sorğu Tapılmış səhifələr
(minlərlə)
Joystick OR Play Station 1420
Joystick 960
Joystick AND Play Station 746

Play Station sorğusu üzrə neçə (minlərlə) səhifə tapılar?

A) 1206
B) 3126
C) 1634
D) 2166
E) 2380