Yoxlama nəticələri

1. Kompüter və kompüter şəbəkələrinin işini hansı proqramlar təmin edir?
A) sistem proqramları
B) VBİS
C) ESİS
D) veb-brauzer
E) proqramlaşdırma proqram təminatı


2. Hansı mülahizə doğrudur?
1.Assembler - Assembli dilində yazılmış proqramı maşın koduna çevirir
2.İnterpretator- proqramı maşın koduna çevirir və kompüterin yaddaş qurğusunda tətbiqetmə fayl kimi saxlayır.
3.Kompilyator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.
4.İnterpretator - proqramın icrası zamanı onun hər bir sətrini oxuyub maşın dilinə çevirir.

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4


3. Sistem proqram təminatının əsas funksiyası:
A) Kompyuterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək
B) İnformasiyanın mübadiləsini həyata keçirmək
C) Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq
D) Müəyyən sinif məsələlərin həllini təşkil etmək
E) Kompyuterin işini və informasiya emalı prosesini idarə etmək


4. Sərt diskin işini optimallaşdırmaq və ona müraciətin sürətini artırmaq üçün nəzərdə tutulmuş utilit:
A) diskin yoxlanılması
B) faylların ehtiyata göndərilməsi və bərpa edilməsi
C) lazımsız faylların silinməsi
D) diskin defraqmentləşdirilməsi
E) diskin formatlaşdırılması


5. Periferiya qurğuları ilə əməliyyat sistemləri arasında qarşılıqlı əlaqəni təmin edən proqram necə adlanır?
A) Translyator
B) Drayver
C) Kompilyator
D) Arxivator
E) Kontroller


6. Proqramın ilkin mətnini maşın koduna çevirən xüsusi proqram necə adlanır?
A) modifikator
B) translyator
C) konvertor
D) kodifikator
E) əlaqə redaktoru


7. Aşağıdakı proqramlardan hansı MS Office-ə daxil deyil?
A) Excel
B) Power Point
C) Winamp
D) Word
E) Access


8. Aşağıda göstərilən proqramlardan hansı MS Office paketinə daxil deyil?
A) Word
B) Excel
C) Paint
D) Access
E) PowerPoint


9. Tətbiqi proqram təminatına daxildir:
1. proqramlaşdırma sistemləri
2. səs redaktorları
3. mühasibat proqramları
4. fayl menecerləri

A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 4, 5
E) 1, 5


10. Tətbiqi proqramları seçin:
1. Mətn redaktorları
3. Arxivatorlar
5. Elektron cədvəllər
7. Translyatorlar
2. Antivirus proqramları
4. Qrafik redaktorlar
6. Əməliyyat sistemləri
8. Tərcümə proqramları

A) 1, 4, 5, 8
B) 2, 3, 6, 7
C) 1, 2, 3, 6
D) 1, 3, 5, 7
E) 2, 4, 6, 8