Yoxlama nəticələri

1. Müəllim şagirdlərin irəliləyişlərini dəyərləndirə bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması


2. Müzakirə metodlarının məqsədi ola bilməz?
A) Cütlərlə, qrupla işləmək bacarığının formalaşdırılması
B) Problemi təhlil etmək, həlli yolunu tapmaq, qərar qəbul etmək bacarığının formalaşdırılması.
C) Fəal dinləmə mədəniyyətinin formalaşdırılması.
D) Mənbələrlə işləmək bacarığının formalaşdırılması.
E) Cisim və hadisələrin xüsusiyyətlərinin öyrənilməsi.


3. Bu biliklərin sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Kontekstual
B) Prosedural
C) Deklorativ
D) Faktoloji
E) Metokoqnitiv


4. Kompetensiyalı müəllimə aid olmayan açar sözü seçin :
A) Yeni təlim üsulları
B) Ana dilində ünsiyyət
C) Məlumatlılıq
D) Mədəni sahədə özünü ifadə etmək bacarığı
E) Hafizə


5. Şagirdlərə “vəzifəsini bilməyən heç kəs hüququndan doğru şəkildə yararlana bilməz” fikrini aşılayan müəllim, onlarda qanuna tabe davranışın yaranmasına nail olmağa çalışır. Bu hadisə şagirdlərdə formalaşan hansı tərbiyənin təzahürüdür?
A) Hüquqi tərbiyə
B) Siyasi tərbiyə
C) Cinsi tərbiyə
D) Mənəvi tərbiyə
E) Əmək tərbiyəsi


6. Dərs nəyə əsasən müxtəlif tiplərə ayrılır?
A) Müəllimin pedaqoji ustalığına görə
B) Tədris planına görə
C) Tədris proqramına görə
D) Materialların həcminə görə
E) Didaktik məqsəd və vəzifəsinə görə


7. Kiçik summativ qiymətləndirmənin keçirilməsini kim təyin edir?
A) Məktəbin direktoru
B) Sinif rəhbəri
C) Fənni tədris edən müəllim
D) Valideynlər
E) Təhsil idarəsi


8. Pedaqogikanın predmetidir:
A) İnsanın tərbiyəsi
B) Təhsilalma prosesindəki texnologiya və münasibətlər sistemi
C) İnsanın təlimi
D) Pedaqogika elmlər sistemi
E) Təlimin prinsipləri və qanunauyğunluqları


9. Bunlardan hansı holistik qiymətləndirməyə aid edilə bilməz ?
A) Meyara əsasən qiymətləndirmə
B) Sürətli qiymətləndirmə
C) Standarta əsasən qiymətləndirmə
D) Bütöv qiymətləndirmə
E) Heç biri


10. Fəal təlim nəyə əsaslanır?
A) Idrak fəallığı
B) Əməkdaşlıq
C) Dialoq
D) Hafizə
E) Heç biri