Yoxlama nəticələri

1. Hansı kompüterlərdə ATX tipli sistem bloku istifadə olunub?
A) İBM PC-286
B) Pentium III
C) İBM PC-386
D) Pentium I
E) İBM PC-486


2. Aşağıdakı printerlərdən hansılar zərbəlidir?
I. dot matrix; II. laser-jet; III. ink-jet

A) yalnız II
B) I və II
C) yalnız III
D) II və III
E) yalnız I


3. ... qurğuların, proqramların və insanın qarşılıqlı əlaqəsini təmin edən vasitələr və qaydalar çoxluğudur.
A) kontroller
B) port
C) şin
D) interfeys
E) drayver


4. Trackball hansı qurğunun analoqu ola bilər?
A) lazer printer
B) coystik
C) diyircəkli maus
D) lazer maus
E) taçpad


5. Aşağıdakılardan hansı skanner növü deyil?
A) handheld
B) flatbed
C) impact
D) sheet-fed
E) overhead


6. Aşağıdakılardan hansılar maqnit diskdir?
I. CD; II. Flash; III. DVD; IV. Floppy; V. Harddisk

A) I, III
B) II, IV
C) I, II
D) IV, V
E) III, V


7. Klaviaturada hansı düymələr qrupu yoxdur?
A) funksional
B) hesabi
C) əlifba-rəqəm
D) idarəetmə
E) rəqəm


8. Aşağıdakılardan hansılar daxiletmə qurğusudur?
I. Floppy disc; II. Barcode; III. Proyektor; IV. Joystick; V. Speaker

A) I, II
B) I, V
C) II, IV
D) III, IV
E) III, V


9. Fərdi kompüterlərdə ötürülən siqnallar:
A) diskretdir
B) kəsilməzdir
C) qismən diskretdir
D) qismən kəsilməzdir
E) həm diskretdir, həm də kəsilməzdir


10. Bütün kompüterlərə məxsus olmayan vasitələri göstərin:
A) BIOS
B) Proqram təminatı
C) Xüsusi periferiya qurğuları
D) Texniki təminat
E) Drayverlər