1. ASCII ilə kodlaşdırılmış aşağıdakı ifadə kompüterin yaddaşında neçə bayt yer tutar?
ALWAYS COCA-COLA
A) 32
B) 8
C) 16
D) 24
E) 12
2. Hər səhifəsində 40 sətir olan kitabın hər sətrində 72 simvol varsa, 360 KB həcmli kitab neçə səhifədən ibarətdir?
A) 144
B) 180
C) 64
D) 128
E) 192
3. "usb flash memory" ifadəsi yaddaşda 12 bayt yer tutursa, onun kodlaşdırıldığı sistemdə maksimum neçə simvol ola bilər?
A) 6
B) 64
C) 32
D) 24
E) 8
4. ASCII vasitəsilə kodlaşdırılmış "Operating system" ifadəsi UNİCODE ilə dekodlaşdırıldıqdan sonra ondan 4 ədəd simvolu silsək, ifadə yaddaşda neçə bit yer tutar?
A) 64
B) 16
C) 128
D) 32
E) 192
5. Hər səhifəsində 32 sətir olan kitabın hər sətrində 144 simvol varsa, 180 KB həcmli kitab neçə səhifədən ibarətdir?
A) 80
B) 40
C) 20
D) 32
E) 64
6. Cümlədə 5 hərfli 7 söz və 4 durğu işarəsi işlənibsə, UNICODE vasitəsilə kodlaşdırıldıqda kompüterin yaddaşında nə qədər yer tutar?
A) 90 bayt
B) 45 bayt
C) 78 bayt
D) 39 bayt
E) 86 bayt
7. FİELDDATA vasitəsilə kodlaşdırılmış "Protokol" ifadəsində neçə bit informasiya var?
A) 64
B) 28
C) 32
D) 56
E) 128
8. “İNFORMASİYA TEXNOLOGİYALARI” ifadəsi FieldData sxemilə kodlaşdırılıbsa, ifadədə neçə bit informasiya var?
A) 108
B) 189
C) 216
D) 432
E) 378
9. “İNFORMATİKA ELMİ” ifadəsi FieldData ilə kodlaşdırılıb, ASCII ilə dekodlaşdırılsa, alınan ifadədə neçə simvol olar?
A) 8
B) 14
C) 16
D) 32
E) 28
10. Hər sətrində 120 simvol olan 32 səhifəlik ASCII ilə kodlaşdırılmış mətn 30 kB ölçüyə malikdirsə, onun hər səhifəsində neçə sətir mövcuddur?
A) 10
B) 16
C) 8
D) 12
E) 32