Yoxlama nəticələri

1. Cümlənin yazılışında 5 hərfli 6 söz və 2 durğu işarəsi işlənmişdirsə, onun ASCII sxemi ilə kodu neçə bayt olar?
A) 30
B) 32
C) 37
D) 39
E) 28


2. “İNFORMASİYA TEXNOLOGİYALARI” ifadəsi FieldData sxemilə kodlaşdırılıbsa, ifadədə neçə bit informasiya var?
A) 108
B) 189
C) 216
D) 432
E) 378


3. “KOMPÜTER ELMİ” ifadəsi UNICODE sxemilə kodlaşdırılıbsa, kod ASCII vasitəsilə dekodlaşdırıldıqda aşağıdakı ifadələrdən hansına uyğun gələ bilər?
A) “İNFORMASİYA VƏ KODLAŞDIRMA”
B) “İNFORMASİYA SİSTEMLƏRİ”
C) “ALQORİTM VƏ PROQRAMLAŞDIRMA”
D) “İNFORMASİYA VƏ AVTOMATİKA”
E) “İNFORMASİYA TEXNOLOGİYALARI”


4. “İNFORMATİKA ELMİ” ifadəsi FieldData ilə kodlaşdırılıb, ASCII ilə dekodlaşdırılsa, alınan ifadədə neçə simvol olar?
A) 8
B) 14
C) 16
D) 32
E) 28


5. “İNFORMATİKA ELMİ” ifadəsi 12 bayt informasiya daşıyırsa, onun kodlaşdırıldığı sxemdə maksimum neçə simvol ola bilər?
A) 32
B) 64
C) 144
D) 48
E) 96


6. Hər sətrində 120 simvol olan 32 səhifəlik ASCII ilə kodlaşdırılmış mətn 30 kB ölçüyə malikdirsə, onun hər səhifəsində neçə sətir mövcuddur?
A) 10
B) 16
C) 8
D) 12
E) 32


7. Qrafik rejimdə monitorun ekranı 512x768 nöqtədən ibarətdir. Hər bir nöqtə 128 sayda rəng çalarlarının birində ola bilərsə, ekranın bir tam təsvirini yadda saxlamaq üçün neçə kilobayt yaddaş lazımdır?
A) 192
B) 384
C) 432
D) 336
E) 288


8. 8 rəngli qrafik təsvir 768x384 nöqtədən ibarət olarsa, o yaddaşda nə qədər yer tutar?
A) 128 kB
B) 96 kB
C) 108 kB
D) 144 kB
E) 192 kB


9. 3 bitlik RGB sistemində qrafiki təsvir 768x512 sayda nöqtədən ibarət olarsa, o, yaddaşda nə qədər yer tutar?
A) 216 kB
B) 384 kB
C) 512 kB
D) 432 kB
E) 480 kB


10. 4 bitlik CMYK sistemində qrafiki təsvir 128x512 sayda nöqtədən ibarət olarsa, o, yaddaşda nə qədər yer tutar?
A) 256 kB
B) 128 kB
C) 64 kB
D) 32 kB
E) 144 kB