1. Aşağıdakılardan hansı İnformasiya Sisteminin heyətinə daxil deyil?
A) Verilənlər bazasının inzibatçısı
B) Sistem analitiki
C) Son istifadəçi
D) Sistem proqramçısı
E) Tətbiqi proqramçı
2. İnformasiya texnologiyaları kateqoriyasını təşkil edən komponentləri seçin:
1. Aparat təminatı
2. İstifadəçilər
3. Verilənlər
4. Proqram təminatı
5. Proses
A) 1, 2, 3
B) 1, 2, 4
C) 1, 3, 4
D) 2, 3, 5
E) 3, 4, 5
3. Araşdırılan obyektin vəziyyəti və parametrləri haqqında informasiyanın xüsusi sensorlar vasitəsilə toplanmasını təmin edən sistem hansıdır?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Coğrafi informasiya sistemləri
E) Avtomatlaşdırılmış idarəetmə sistemləri
4. Sənayedə uzunmüddətli proqnozların hazırlanmasında hansı informasiya sistemlərindən istifadə olunur?
A) İnformasiya və ölçü sistemləri
B) İnformasiya əldəetmə sistemləri
C) Ekspert sistemləri
D) Avtomatlaşdırılmış idarəetmə sistemləri
E) Sənədlərin idarəedilməsi sistemləri
5. GPS hansı seqmentlərdən ibarətdir?
A) Qlobal, milli, regional, lokal
B) Kadastr, reestr, siyahı
C) Kosmik, qlobal, subkontinental
D) Kosmik, idarəetmə və istifadəçi
E) Diskret, kəsilməz
6. Uyğunluğu müəyyən edin:
1. Robot manipulyatorlar
2. Mobil robotlar
3. Humanoid robotlar
a. təkərlər, ayaqlar və ya analoji mexanizmlər vasitəsilə hərəkət edirlər
b. fiziki quruluş baxımından insana bənzəyirlər
c. fiziki olaraq öz iş yerinə bağlı olur
A) 1-a, 2-b, 3-c
B) 1-b, 2-c, 3-a
C) 1-c, 2-a, 3-b
D) 1-a, 2-c, 3-b
E) 1-c, 2-b, 3-a
7. Kompüterin “intellektuallığını” müəyyənləşdirmək üçün təklif olunan sınağın müəllifi kimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
8. Aşağıdakılardan hansı "bulanıq" məntiq nəzəriyyəsini təklif edən alimdir?
A) Lütfi Zadə
B) Əl-Cəziri
C) K.Şennon
D) A.Türing
E) K.Çapekin
9. Dünyanın istənilən nöqtəsində koordinatları, eləcə də, Yer səthində və ya fəzada obyektlərin hərəkət sürətini təyin edən peyk sisteminə nə deyilir?
A) CAD
B) DMS
C) GIS
D) GPS
E) IRS
10. Axtarış sistemini ən əsas hissəsi hansıdır?
A) Hörümçək
B) Soxulcan
C) İndeksləyici
D) Açar söz
E) Proqram