1. Məhdud mənada İnformatika qarşılıqlı əlaqədə olan hansı komponentlərdən ibarətdir?
1.informasiya daşıyıcıları; 2.texniki vasitələr; 3.kompüter istifadəçiləri; 4.proqram və alqoritmik vasitələr
A) 1, 2, 3
B) 2, 4
C) 2, 3, 4
D) 1, 2, 4
E) 1, 3
2. İnformatikaya hansı mövqelərdən yanaşılır?
1.fundamental elm; 2.tətbiqi elm; 3.riyaziyyatın bir sahəsi; 4.iqtisadiyyat sahəsi; 5.sosial elm
A) 1, 2, 4
B) 2, 3, 4
C) 3, 4, 5
D) 1, 4, 5
E) 1, 2, 3
3. İnformasiyanın alınması, saxlanılması, emalı və ötürülməsi necə adlanır?
A) proqramlaşdırma
B) informasiya prosesləri
C) kodlaşdırma
D) məsələnin həlli
E) verilənlər
4. Aşağıdakılardan hansı(lar) informasiyanın emalını əks etdirir?
1) informasiyanın alınması
2) informasiyanın ötürülməsi
3) məsələnin həlli
A) 1 və 2
B) yalnız 2
C) 1 və 3
D) 2 və 3
E) yalnız 3
5. Hansı(lar) informasiyanın fiziki mühafizə formasıdır?
1) verilən
2) kəmiyyət
3) parametr
A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) 1 və 3
6. Verilənlər aşağıdakılardan hansı ilə müəyyən olunmur?
A) ad
B) genişlənmə
C) qiymət
D) tip
E) struktur
7. Unikal ada malik olan ixtiyari sayda baytların ardıcıllığı necə adlanır?
A) verilən
B) dəyişən
C) fayl
D) kəmiyyət
E) heç biri
8. "ağ-qara və rəngli" ifadəsində neçə bayt informasiya var?
A) 14
B) 4
C) 15
D) 3
E) 17
9. Əgər bir sətirdə 64 simvol və hər vərəqdə 32 sətir varsa, 8 kB (kilobayt) ölçülü informasiya neçə səhifəyə yerləşər?
A) 256
B) 64
C) 16
D) 8
E) 4
10. Cümlədə 6 hərfli 8 söz və 3 durğu işarəsi işlənibsə, o zaman cümlə neçə bayt informasiya daşıyır?
A) 51
B) 72
C) 45
D) 58
E) 48