Yoxlama nəticələri

1. Biri təhsilalma formasıdır.
A) formal
B) əyani
C) qeyri-formal
D) informal
E) ixtisasartırma


2. Pedaqoji prosesin komponentlərinə aid deyil?
A) Məzmun komponenti
B) Məqsəd komponenti
C) Nəticə komponenti
D) Hazırlıq komponenti
E) Fəaliyyət komponenti


3. Dövlət standartlarının tərkib hissələrinə aid deyil?
A) Ümumi təhsilin idarə olunması
B) Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
C) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
D) Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri
E) Ümumi təhsilin maddi-texniki və tədris bazası


4. Verilənlər idrak taksanomiyasının hansı mərhələsinə aiddir: “Ayırır,hissələrə bölür, əlaqələndirir, müəyyən edir”.
A) Dəyərləndirmə
B) Analiz
C) Bilik
D) Anlama
E) Sintez


5. Fasilitasiya qaydalarına aid deyil?
A) Psixoloji dəstəklənmənin qaydaları
B) Məlumatla təminetmə qaydaları
C) Fikrin təhrikedilməsi qaydaları
D) Qrup işinin səmərəli təşkil olunması qaydaları
E) Heç biri


6. Fəal dərsin hansı mərhələsində müəllim rəmzi materiallardan, açıq suallardan, açar sözlərin köməkliyindən daha çox istifadə edir:
A) Motivasiya
B) Yaradıcı tətbiqetmə
C) Qiymətləndirmə
D) Ümumiləşdirmə və nəticələrin çıxarılması
E) İnformasiya mübadiləsi


7. Dövrün, zamanın tələb və ehtiyaclarının özündə əks etdirməsi, şagirdlərdə yenilik əhval-ruhiyyəsi yarada bilməsidir. Verilənlər dərsliyə verilən hansı tələbə aiddir?
A) Ardıcıllıq
B) Əyanilik
C) Tamlıq
D) Düzgünlük
E) Müasirlik


8. Pedaqoji prosesin təşkili texnologiyasına aid olmayan hansıdır?
A) Təlim texnologiyası
B) Pedaqoji texnologiyalar
C) Mövzunun seçilməsi texnologiyası
D) Məzmunun müəyyənləşdirilməsi texnologiyası
E) Məzmunla formanın vəhdəti texnologiyası


9. Aşağıda hansı fəal təlim üsulunun tətbiqi haqqında yazılıb?
“Lövhədə və ya iş vərəqində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ifadələr söyləmək öyrənənlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz və onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyyə olunur. Vaxt bitdikdən sonra müzakirə edilir və ümumiləşdirmə aparılır”.

A) Karusel
B) Ziqzaq
C) Söz assosiasiyaları
D) Klaster
E) İnsert


10. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) Müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
B) Müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
C) Şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
D) Tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
E) Yuxarıdakılardan heç biri