Yoxlama nəticələri

1. Məlumatların müzakirəsi və təşkili mərhələsində istifadə oluna biləcək üsulları müəyyən edin.
A) BİBÖ, Venn diaqramı, müzakirə, anlayışın çıxarılması
B) Akvarium, müzakirə, debat, venn diaqramı, klassik dialoq
C) Layihənin hazırlanması, müzakirə, klassik dialoq, ziqzaq
D) Qərarlar ağacı, söz assosiasiyası, müzakirə, BİBÖ
E) Akvarium, mühazirə, debat, venn diaqramı, klassik dialoq


2. Müəllim şagirdlərin irəliləyişlərini dəyərləndirə bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması


3. Analitik qiymətləndirmə rubrikinə aid edilə bilməz?
A) Uzunmüddətli qiymətləndirmədir.
B) Hər bir şagird haqqında təfərrüatlı məlumatla təmin edir.
C) Müxtəlif aspektlər və meyarlar üzrə şagirdin qiymətləndirilməsini təmin edir.
D) Sürətli və qısa müddətdə həyata keçirilməsi mümkün deyil.
E) Şagirdin fəaliyyətini qısa şəkildə təsvir edir.


4. Taksanomiyaya aid düzgün fikirləri seçin.
1.Taksanomiya təlim prosesinin elmi-metodik səviyyədə planlaşdırılmasına xidmət edir.
2.Taksanomiya təfəkkürün müxtəlif növlərinin inkişafına imkan yaradır.
3.İdrak taksanomiyaların bütün mərhələləri siniflər üzrə standartlarda öz əksini tapıb.
4.Taksanomiya təlimin konqurentliyinə əminlik yaradır.
5.Taksanomiya bir-birindən asılı olmayan, bir-biri ilə əlaqəli olmayan mərhələlərdən ibarətdir.

A) 1,2,4
B) 2,3,4,5
C) 1,2,3,4,5
D) 1,2,3,4
E) 3,5,6


5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nə zaman yaradılmışdır?
A) 2011
B) 2013
C) 2017
D) 2016
E) 2012


6. “Belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitkiləri yetişdirməyə həvəskardırlar, həvəskar astronumdur”. Bu qabiliyyətin hansı növüdür?
A) Naturalistik
B) Linqivistik
C) Vizual-məkan
D) Fərddaxili
E) Fərdlərarası


7. Kurikulumların hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir. Söhbət kurikulumun hansı prinsipindən gedir?
A) Şagirdyönümlülük
B) Tələbyönümlülük
C) İnteqrativlik
D) Nəticəyönümlülük
E) Şəxsiyyətyönümlülük


8. Təlimin təşkilinin dərsdənkənar formaları hansılardır?
1-dərs
2-dərnək
3-bilik
4-tətbiyəvi söhbət
5-ekskursiya
6-ev tapşırıqları

A) 1,3,5
B) 1,3,6
C) 1,4,5
D) 2,4,6
E) 2,5,6


9. İnklüziv təhsillə bağlı yanlış fikir hansıdır?
A) Yalnız əlilliyi olan deyil,istənilən uşaq məktəbdə çətinliklər yaşaya bilər
B) Təkmilləşdirmə işləri bütün uşaqlar üçün daha yaxşı təhsil şəraitinə gətirib çıxara bilər
C) Müəllimlərin inklüziv mühitdə dərs deyə bilmələri üçün təcrübəsi artırılmalıdır
D) Əlilliyi olan uşaqlarla işləmək üçün xüsusi mütəxəssisləri məktəbə gətirmək lazımdır
E) Çətinliklər tədrisin təkmilləşdirilməsinin vacibliyini vurğulayır


10. Əqli bacarıqların formalaşdırılması, insan psixikasında hər hansı əməliyyatların çoxalması nəzərdə tutulur. Söhbət hansı texnologiyadan gedir?
A) Təlim
B) Təhsil
C) Tərbiyə
D) İnkişaf
E) Diaqnostika