1. Pedaqoji prosesin komponentlərinə aid deyil?
A) Məzmun komponenti
B) Məqsəd komponenti
C) Nəticə komponenti
D) Hazırlıq komponenti
E) Fəaliyyət komponenti
2. Təlim prosesinin hərəkətverici qüvvəsi nədir?
A) Təlimin gedişində irəli sürülən tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və zehni inkişafının arasında olan ziddiyyətlərlə bağlıdır
B) Daxili və xarici ziddiyyətlərlə bağlıdır
C) İnsanın öz mövqeyini düzgün müəyyən etməsi və mənfi keyfiyyətlərini aradan qaldırmaq istəməsi ilə bağlıdır.
D) Uşağın süurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması ilə bağlıdır
E) Xaricdən şagirdə göstərilən təsirlə bağlı olan prosesdir
3. Təlim prosesinin bu funksiyasında bilik, bacarıq və vərdişlərin mənimsənilməsindən başqa həm də onların inkişafı baş verir. Bu hansı təlim funksiyasıdır?
A) Elmlik
B) Təhsilləndirici
C) Tərbiyəedici
D) İnkişafetdirici
E) Heç biri
4. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist
5. Tədris vahidi nədir?
A) Dərsliklərdə prinsiplərin nəzərə alınmasıdır.
B) Mövzuların tematik qrupudur.
C) Siniflər arasında mövzuların əlaqəsidir.
D) Dərsdə istifadə olunan metodların məcmusudur.
E) Heç biri
6. Şagirdlərə “vəzifəsini bilməyən heç kəs hüququndan doğru şəkildə yararlana bilməz” fikrini aşılayan müəllim, onlarda qanuna tabe davranışın yaranmasına nail olmağa çalışır. Bu hadisə şagirdlərdə formalaşan hansı tərbiyənin təzahürüdür?
A) Hüquqi tərbiyə
B) Siyasi tərbiyə
C) Cinsi tərbiyə
D) Mənəvi tərbiyə
E) Əmək tərbiyəsi
7. “Sevinc əşyanın quruluşunu təsvir edə bilmir”. Burada kurikulumun hansı prinsipi pozulur?
A) Şəxsiyyətyönümlülük
B) Nəticəyönümlülük
C) Tələbyönümlülük
D) Şagirdyönümlülük
E) İnteqrativlik
8. 4.1.1. Verilmiş əsərin ideya və mövzusunu müəyən edir. Standarta əsasən bilik və fəaliyyət növünü tapın.
A) Deklorativ, idraki
B) Prosedural, idraki
C) Deklorativ, emosional
D) Kontekstual, psixomotor
E) Kontekstual, idrakı
9. Tərbiyə sisteminin komponentlərinə aid deyil?
A) Tərbiyənin məzmunu
B) Tərbiyəvi işin forma və üsulları
C) Tərbiyənin məqsədi
D) Tərbiyə prinsipləri
E) Bütün cavablar doğrudur
10. Verilən vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Tapşırıq təfəkkürün hansı növünə əsaslanır?
A) Qlobal təfəkkür
B) Məntiqi təfəkkür
C) Tənqidi təfəkkür
D) Yaradıcı təfəkkür
E) Heç biri