Yoxlama nəticələri

1. Təlim prosesinin hərəkətverici qüvvəsi nədir?
A) Təlimin gedişində irəli sürülən tədris və praktik vəzifələrlə şagirdlərin mövcud bilik, bacarıq və zehni inkişafının arasında olan ziddiyyətlərlə bağlıdır
B) Daxili və xarici ziddiyyətlərlə bağlıdır
C) İnsanın öz mövqeyini düzgün müəyyən etməsi və mənfi keyfiyyətlərini aradan qaldırmaq istəməsi ilə bağlıdır.
D) Uşağın süurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması ilə bağlıdır
E) Xaricdən şagirdə göstərilən təsirlə bağlı olan prosesdir


2. Müəllim İKT-dən istifadə edə bilmirsə hansı kurikulum prinsipi pozulmuş olar?
A) Şəxsiyyətyönümlülük
B) Şagirdyönümlülük
C) Nəticəyönümlülük
D) Tələbyönümlülük
E) İnteqrativlik


3. Təlim prosesinin bu funksiyasında bilik, bacarıq və vərdişlərin mənimsənilməsindən başqa həm də onların inkişafı baş verir. Bu hansı təlim funksiyasıdır?
A) Elmlik
B) Təhsilləndirici
C) Tərbiyəedici
D) İnkişafetdirici
E) Heç biri


4. Müzakirə metodlarının məqsədi ola bilməz?
A) Cütlərlə, qrupla işləmək bacarığının formalaşdırılması
B) Problemi təhlil etmək, həlli yolunu tapmaq, qərar qəbul etmək bacarığının formalaşdırılması.
C) Fəal dinləmə mədəniyyətinin formalaşdırılması.
D) Mənbələrlə işləmək bacarığının formalaşdırılması.
E) Cisim və hadisələrin xüsusiyyətlərinin öyrənilməsi.


5. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


6. Şagirdlərin qəbuletmə bacarığının inkişafı üçün tətbiq edilən üsul hansıdır?
A) Karusel
B) Qərarlar ağacı
C) Venn diaqramı
D) BİBÖ
E) Proqnozlaşdırma


7. Tədris vahidi nədir?
A) Dərsliklərdə prinsiplərin nəzərə alınmasıdır.
B) Mövzuların tematik qrupudur.
C) Siniflər arasında mövzuların əlaqəsidir.
D) Dərsdə istifadə olunan metodların məcmusudur.
E) Heç biri


8. Bu üsul hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmalardan ibarətdir. Hisslərə şərik olmanı inkişaf etdirərək uyğunlaşa bilmə səviyyəsini yaxşılaşdırır. Qeyd olunanlar hansı təlim üsuluna aiddir?
A) Modelləşdirmə
B) Açıq iclas
C) Rollu oyun
D) Səhnələşdirmə
E) Insert


9. Şagirdlərə “vəzifəsini bilməyən heç kəs hüququndan doğru şəkildə yararlana bilməz” fikrini aşılayan müəllim, onlarda qanuna tabe davranışın yaranmasına nail olmağa çalışır. Bu hadisə şagirdlərdə formalaşan hansı tərbiyənin təzahürüdür?
A) Hüquqi tərbiyə
B) Siyasi tərbiyə
C) Cinsi tərbiyə
D) Mənəvi tərbiyə
E) Əmək tərbiyəsi


10. Təhsilin məzmununu şərtləndirən amilləri müəyyən edin.
1-cəmiyyətin tələbi və tələbatı
2-şagirdlərin arzu və istəkləri
3-şagirdlərin potensial imkanları
4-müəllimlərin qabaqcıl təcrübəni mənimsəməsi
5-mədəniyyət və incəsənətdə baş verən yeniliklər

A) 1,2,3
B) 1,3,5
C) 2,3,4
D) 2,4,5
E) 3,4,5