1. 1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır. Verilmiş standarta əsasən bilik və fəaliyyətin növünü müəyyən edin.
A) Deklorativ bilik, ünsiyyət fəaliyyəti
B) Prosedural bilik, idrak fəaliyyəti
C) Prosedural bilik, ünsiyyət fəaliyyəti
D) Kontekstual bilik, psixomotor fəaliyyəti
E) Metokoqnitiv bilik, idrak fəaliyyəti
2. Təhsilverənlərin vəzifələrinə aid deyil.
A) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək.
B) Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək.
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
D) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək.
E) Təhsil müəssisəsində vəzifə tutmaq.
3. Təhsil sahəsində dövlət siyasətinin başlıca prinsipləri hansı sənəddə təsbit olunmuşdur?
A) Azərbaycan Respublikasında Konstitusiyası
B) Dövlət Təhsil Standartları
C) Azərbaycan Respublikasının Təhsil Qanunu
D) Təhsil sahəsində İslahat Proqramı
E) Bazis tədris planı
4. Verilənlər idrak taksanomiyasının hansı mərhələsinə aiddir: “Ayırır,hissələrə bölür, əlaqələndirir, müəyyən edir”.
A) Dəyərləndirmə
B) Analiz
C) Bilik
D) Anlama
E) Sintez
5. Pedaqoji prosesin təşkili texnologiyasına aid olmayan hansıdır?
A) Təlim texnologiyası
B) Pedaqoji texnologiyalar
C) Mövzunun seçilməsi texnologiyası
D) Məzmunun müəyyənləşdirilməsi texnologiyası
E) Məzmunla formanın vəhdəti texnologiyası
6. Təlimin təşkilinə verilən əsas tələbləri müəyyən edin.
A) İnteqrativlik, təklifyönümlülük, fəal idrak prinsipi, qabaqlayıcı təlim
B) Təlimdə bərabər imkanların yaradılması, inkişafyönümlülük, dəstəkləyici mühitin yaradılması, şagirdyönümlülük, pedaqoji prosesin tamlığı, fəaliyyətin stimullaşdırılması
C) Şəxsiyyətə yönəlmiş təlim, təlim-tərbiyə sisteminin çevikliyi, əməkdaşlıq, dialoji təlim.
D) Problemyönlü situasiyanın yaradılması, dialoqun və əməkdaşlığın zəruriliyi, müəllim-bələdçi, şagird tədqiqatçı, psixoloji dəstək: hörmət və etibar
E) Təlimdə bərabər imkanların yaradılması, təklifyönümlülük, dəstəkləyici mühitin yaradılması, şagirdyönümlülük, bilikyönümlülük, fəaliyyətin stimullaşdırılması
7. Ümumi təhsil pilləsinin Dövlət Proqramlarına (Kurikulumlarına) aid deyil:
A) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
B) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
C) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
D) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
E) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
8. Müəllim İKT-dən istifadə edə bilmirsə hansı kurikulum prinsipi pozulmuş olar?
A) Şəxsiyyətyönümlülük
B) Şagirdyönümlülük
C) Nəticəyönümlülük
D) Tələbyönümlülük
E) İnteqrativlik
9. Dərsin əsas funksiyaları hansılardır?
A) Öyrədici, tərbiyəedici, inkişafetdirici
B) İnkişafetdirici, yönəldici, təşkiledici
C) İdarə etmək, formalaşdırmaq, təhlil etmək.
D) Sual vermək, öyrənmək, ev tapşırıqlarını icra etmək.
E) İstiqamətverici, nəzarətedici, icraedici.
10. Bu pedaqoji cərəyanın nümayəndələrinin fikrincə gələcəkdə “cəmiyyət məktəbsiz” olacaq, məktəblər “tədris mərkəzləri”nə, “evdə məktəblərə” çevriləcək. Bu fikirlər hansı pedaqoji cərəyana aiddir?
A) Perennializm
B) Pedaqoji futurologiya
C) Neotomizm
D) Konstruktivizm
E) Ekzistensializm