1. Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Qeyd olunanlar kurikulumun hansı xüsusiyyətinə uyğundur?
A) Tələbyönümlülük
B) Nəticəyönümlülük
C) İnteqrativlik
D) Qiymətləndirmə standartı
E) Pedaqoji prosesin tamlığı
2. Hansı xüsusiyyət fərdi iş formasının müsbət cəhətinə aiddir?
A) Şagirdlərin daha yaxından əməkdaşlıq etməsini təmin etmək.
B) Şagirdin fərdi imkanlarını yaxından izləmək.
C) Vaxt itkisinə yol verməmək.
D) Şagirdlərdə bir-birini dinləmək bacarığını formalaşdırmaq.
E) Şagirdləri birgə fəaliyyətə alışdırmaq.
3. Dövrün, zamanın tələb və ehtiyaclarının özündə əks etdirməsi, şagirdlərdə yenilik əhval-ruhiyyəsi yarada bilməsidir. Verilənlər dərsliyə verilən hansı tələbə aiddir?
A) Ardıcıllıq
B) Əyanilik
C) Tamlıq
D) Düzgünlük
E) Müasirlik
4. Ümumi təhsil pilləsinin Dövlət Proqramlarına (Kurikulumlarına) aid deyil:
A) Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları
B) Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər
C) Ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı
D) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
E) Ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
5. “Verilmiş sualla bağlı ideyalarını əsaslandırır”.Bu tapşırıq təfəkkürün hansı növünü müəyyən etmək üçün tərtib olunmuşdur?
A) Tənqidi
B) Məntiqi
C) Yaradıcı
D) Hafizə
E) Təxəyyül
6. Pedaqogikanın texnoloji funksiyaları neçə yerə bölünür?
A) 4
B) 2
C) 3
D) 1
E) 6
7. Öz fikrini əsaslandırmaq təfəkkürün hansı növünə aid edilir?
A) Tənqidi
B) Yaradıcı
C) Məntiqi
D) Məntiqi və tənqidi
E) Heç biri
8. Kompetensiyalı müəllimə aid olmayan açar sözü seçin :
A) Yeni təlim üsulları
B) Ana dilində ünsiyyət
C) Məlumatlılıq
D) Mədəni sahədə özünü ifadə etmək bacarığı
E) Hafizə
9. Təhsilalanların şəxsiyyətinə yönəlmiş təlimdir. Təlimi fərdiləşdirməyə, təhsilalanların materialı öz qabilliyyətlərinə, imkanlarına uyğun şəkildə mənimsəməsinə imkan verən təlimdir. Bu hansı təlimdir?
A) Alqoritm
B) Proqramlaşdırılmış
C) Problemli
D) Differensial
E) Ənənəvi
10. Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklər hansı kateqoriyaya aiddir?
A) Koqnitiv
B) Kontekstual
C) Prosedural
D) Deklorativ
E) Heç biri