Yoxlama nəticələri

1. Müəllim şagirdlərin irəliləyişlərini dəyərləndirə bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması


2. Təlim prosesinin bu funksiyasında bilik, bacarıq və vərdişlərin mənimsənilməsindən başqa həm də onların inkişafı baş verir. Bu hansı təlim funksiyasıdır?
A) Elmlik
B) Təhsilləndirici
C) Tərbiyəedici
D) İnkişafetdirici
E) Heç biri


3. Tapşırıqda olan açar sözlər nəyi əks etdirir?
A) Şagirdin təlim məqsədinə uyğun olaraq həyata keçirdiyi təlim fəaliyyətini əks etdirir. Bu komponentin məzmunu birbaşa təlim məqsədlərindən asılıdır.
B) Hər hansı bilik sahəsinin öyrənilməsinin əsasını təşkil edən universal idrak kateqoriyalarını əks etdirir.
C) Hər hansı fənn və ya bilik sahəsi üzrə cisim və ya hadisəsini bildirən anlayışdır.
D) Təlim nəticələrinin nümayiş etdirilməsi yollarının təzahürüdür.
E) Təlim məqsədlərini


4. Pedaqogikanın texnoloji funksiyaları neçə yerə bölünür?
A) 4
B) 2
C) 3
D) 1
E) 6


5. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


6. Bu biliklərin sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Kontekstual
B) Prosedural
C) Deklorativ
D) Faktoloji
E) Metokoqnitiv


7. Elmi metodlardan istifadə edərək tapşırıqları icra etmək.Blum taksanomiyasının hansı səviyyəsinə aiddir?
A) Anlama
B) Tətbiq
C) Qiymətləndirmə
D) Sintez
E) Təhlil


8. Tədris vahidi nədir?
A) Dərsliklərdə prinsiplərin nəzərə alınmasıdır.
B) Mövzuların tematik qrupudur.
C) Siniflər arasında mövzuların əlaqəsidir.
D) Dərsdə istifadə olunan metodların məcmusudur.
E) Heç biri


9. Təhsilin məzmun elementlərini göstərin.
A) Təlim, təhsil, tərbiyə
B) Məzmun, məqsəd, fəaliyyət, nəticə
C) Bilik, bacarıq, vərdiş
D) Demokratikləşdirmə, humanitarlaşdırma, humanistləşdirmə
E) Öyrədici, inkişafetdirici, tərbiyəedici


10. “Belə şagirdlər təbiət hadisələrini dərk edir, bitkiləri, heyvanları xoşlayır, bitkiləri yetişdirməyə həvəskardırlar, həvəskar astronumdur”. Bu qabiliyyətin hansı növüdür?
A) Naturalistik
B) Linqivistik
C) Vizual-məkan
D) Fərddaxili
E) Fərdlərarası