Yoxlama nəticələri

1. Analitik qiymətləndirmə rubrikinə aid edilə bilməz?
A) Uzunmüddətli qiymətləndirmədir.
B) Hər bir şagird haqqında təfərrüatlı məlumatla təmin edir.
C) Müxtəlif aspektlər və meyarlar üzrə şagirdin qiymətləndirilməsini təmin edir.
D) Sürətli və qısa müddətdə həyata keçirilməsi mümkün deyil.
E) Şagirdin fəaliyyətini qısa şəkildə təsvir edir.


2. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


3. Nağılın əvvəli ilə tanış olduqdan sonra davamını proqnozlaşdırmaq şagirdin hansı biliyinə əsaslanır?
A) Deklorativ
B) Faktoloji
C) Metakoqnitiv
D) Prosedural
E) Konseptual


4. Kompetensiyalı müəllimə aid olmayan açar sözü seçin :
A) Yeni təlim üsulları
B) Ana dilində ünsiyyət
C) Məlumatlılıq
D) Mədəni sahədə özünü ifadə etmək bacarığı
E) Hafizə


5. Bu üsul digər üsullara nisbətən daha sərbəstdir. Sonu məchulluqdur. Bu hansı üsuldur?
A) Rollu oyun
B) Kublaşdırma
C) Modelləşdirmə
D) Venn diaqramı
E) Müzakirə


6. Taksanomiyanı pozan kimdir?
A) Şagird
B) Valideyn
C) Direktor
D) Məktəb şurası
E) Müəllim


7. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları nə zaman qəbul olunub?
A) 24 yanvar 2009
B) 22 iyun 2010
C) 19 noyabr 2010
D) 12 iyun 1995
E) 24 oktyabr 2013


8. Fəndaxili inteqrasiyaya aid fikir hansıdır?
A) Bu səviyyədə inteqrasiyanı verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar.
B) Inteqrasiyanın ən yüksək səviyyəsi olmaqla, təlimin əhatə etdiyi əsas və əlavə məzmun komponentlərinin sintezini ehtiva edir.
C) Şagirdlərin məktəbdə öyrəndikləri məzmunla məktəbdən kənarda aldığı məzmun sintez edilir.
D) Müəyyən təhsil sistemi çərçivəsində şagird təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırır.
E) Bu proses eyni bir bacarığın ayrı-ayrı fənlər vasitəsilə daha da təkmilləşdirilməsini təmin edir.


9. Fəal təlimin iş üsullarının biri əməkdaşlığın inkişafında ciddi rol oynayır. Bu hansı üsuldur?
A) Əqli hücum
B) Auksion
C) Venn diaqramı
D) Kublaşdırma
E) Sokrat dialoqu


10. Əqli bacarıqların formalaşdırılması, insan psixikasında hər hansı əməliyyatların çoxalması nəzərdə tutulur. Söhbət hansı texnologiyadan gedir?
A) Təlim
B) Təhsil
C) Tərbiyə
D) İnkişaf
E) Diaqnostika