1. Məktəbdə savadlı kadr çatışmazlığı varsa, burada hansı kurikulum prinsipi pozulmuş olur?
A) Şagirdyönümlülük
B) Təlimdə bərabər imkanların yaradılması
C) Fəaliyyətin stimullaşdırılması
D) İnkişafyönümlülük
E) Dəstəkləyici mühitin yaradılması
2. Müəllim şagirdlərə onların öyrəndiklərini həyatda tətbiq edərək daha da yaxşı qavramasına şərait yarada bilmir. Burada hansı inteqrasiya pozulmuş olur?
A) Şaquli inteqrasiya
B) Üfüqi inteqrasiya
C) Fənlərarası inteqrasiya
D) Fəndaxili inteqrasiya
E) Fənnüstü inteqrasiya
3. Fəal dərsin hansı mərhələsində müəllim rəmzi materiallardan, açıq suallardan, açar sözlərin köməkliyindən daha çox istifadə edir:
A) Motivasiya
B) Yaradıcı tətbiqetmə
C) Qiymətləndirmə
D) Ümumiləşdirmə və nəticələrin çıxarılması
E) İnformasiya mübadiləsi
4. “ 1.1.1 Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir” – məzmun standartını bilik və fəaliyyət hissələrinə ayırın.
A) Konteksual, idraki
B) Deklorativ, psixomotor
C) Prosedural, ünsiyyət
D) Deklorativ, ünsiyyət
E) Prosedural, psixomotor
5. Dərsin əsas funksiyaları hansılardır?
A) Öyrədici, tərbiyəedici, inkişafetdirici
B) İnkişafetdirici, yönəldici, təşkiledici
C) İdarə etmək, formalaşdırmaq, təhlil etmək.
D) Sual vermək, öyrənmək, ev tapşırıqlarını icra etmək.
E) İstiqamətverici, nəzarətedici, icraedici.
6. Bu biliklərin kompetensiyaların formalaşdırılması baxımından qiymətləndirmək olar. Öyrənməyi öyrənmək məsələsi məhz bu biliklər və onlara müvafiq fəaliyyətləri nəzərə almaqla həyata keçirilmə bilər. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Deklorativ
B) Prosedural
C) Metakoqnitiv
D) Kontekstual
E) Faktoloji
7. Bu biliklərin sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Kontekstual
B) Prosedural
C) Deklorativ
D) Faktoloji
E) Metokoqnitiv
8. Müəllim sinifdə mənəvi psixoloji mühit formalaşdıra bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Fəaliyyətin stimullaşdırılması
B) Şagirdyönümlülük
C) Dəstəkləyici mühitin yaradılması
D) Şəxsiyyətyönümlülük
E) İnkişafyönümlülük
9. “Tədqiqat, araşdırma, alqoritmlər, xüsusi metodologiyalar” nəyi əhatə edir?
A) Prosedural bilik
B) Kontekstual bilik
C) Metokompetensiya
D) Ünsiyyət fəaliyyəti
E) İdraki fəaliyyət
10. Təhsilalanların hüququna daxildir?
A) Məktəb nizamnaməsindəki qaydalara əməl etmək
B) Müəllimlərin şərəf və ləyaqətinə hörmət etmək
C) Sağlam həyat tərzi keçirmək
D) Psixoloji sağlam mühitdə təhsil almaq
E) İstədiyi vaxt təhsilini dayandırmaq