Yoxlama nəticələri

1. Müəllimin əsas funksiyalarına aid deyil.
A) Şagirdlərlə əməkdaşlıq etmək.
B) Şagirdlərə informasiya vermək.
C) Təhsil sisteminin idarə olunması.
D) Təlim prosesinin idarə olunması.
E) Şagirdlərin hazırlıq səviyyəsini qiymətləndirmək.


2. Təlimin təşkilinə verilən əsas tələbləri müəyyən edin.
A) İnteqrativlik, təklifyönümlülük, fəal idrak prinsipi, qabaqlayıcı təlim
B) Təlimdə bərabər imkanların yaradılması, inkişafyönümlülük, dəstəkləyici mühitin yaradılması, şagirdyönümlülük, pedaqoji prosesin tamlığı, fəaliyyətin stimullaşdırılması
C) Şəxsiyyətə yönəlmiş təlim, təlim-tərbiyə sisteminin çevikliyi, əməkdaşlıq, dialoji təlim.
D) Problemyönlü situasiyanın yaradılması, dialoqun və əməkdaşlığın zəruriliyi, müəllim-bələdçi, şagird tədqiqatçı, psixoloji dəstək: hörmət və etibar
E) Təlimdə bərabər imkanların yaradılması, təklifyönümlülük, dəstəkləyici mühitin yaradılması, şagirdyönümlülük, bilikyönümlülük, fəaliyyətin stimullaşdırılması


3. “Verilmiş sualla bağlı ideyalarını əsaslandırır”.Bu tapşırıq təfəkkürün hansı növünü müəyyən etmək üçün tərtib olunmuşdur?
A) Tənqidi
B) Məntiqi
C) Yaradıcı
D) Hafizə
E) Təxəyyül


4. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist


5. Müəllim sinifdə mənəvi psixoloji mühit formalaşdıra bilmir. Burada müəllim hansı prinsipi pozur?
A) Fəaliyyətin stimullaşdırılması
B) Şagirdyönümlülük
C) Dəstəkləyici mühitin yaradılması
D) Şəxsiyyətyönümlülük
E) İnkişafyönümlülük


6. Müəllimin pedaqoji taktı nədir?
A) Peşəsinə məhəbbət
B) Şagirdi düzgün başa düşmək
C) Şagirdə tələblər vermək
D) Kollektivdə vəzifələri düzgün bölüşdürmək
E) Şagirdin şəxsiyyətinə hörmət etmək, onlarla ünsiyyətdə müəyyən hədlərə riayət etmək


7. Demokratik münasibətlərin aşılanmasına imkan yaradır. Söhbət hansı təlim formasından gedir?
A) Fərdi iş
B) Cütlərlə iş
C) Qruplarla iş
D) Kollektivlə iş
E) Heç biri


8. Təhsilin əsas məqsədi nədir?
A) Milli ənənələrə və demokratik prinsiplərə uyğun vətəndaş yetişdirmək
B) Yeni texnologiyalardan istifadə
C) Təlim məqsədlərini bilmək
D) Məzmun standartlarını öyrənmək
E) Inteqrasiya imkanlarını müəyyənləşdirmək


9. Öyrədici mühitin düzgün təşkili üçün lazımdır?
A) Əməkdaşlıq mühiti, dialoji təlim mühiti, informasiya mühiti
B) Əşyavi mühit, informasiya mühit, social- psixoloji mühit
C) Maddi-texniki baza və infrastruktur
D) Sosial-psixoloji mühit, öyrədici mühit, dialoji təlim mühiti
E) Hamısı


10. Müəllim motivasiyada qapalı suallardan istifadə edirsə, hansı fasilitasiya qaydalarını pozmuş olur?
A) Psixoloji dəstək
B) Fikrin təhrik olunması
C) Təşkilati dəstək
D) Məlumatla təmin etmə
E) Təşkilati və psixoloji dəstək