Yoxlama nəticələri

1. 1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır. Verilmiş standarta əsasən bilik və fəaliyyətin növünü müəyyən edin.
A) Deklorativ bilik, ünsiyyət fəaliyyəti
B) Prosedural bilik, idrak fəaliyyəti
C) Prosedural bilik, ünsiyyət fəaliyyəti
D) Kontekstual bilik, psixomotor fəaliyyəti
E) Metokoqnitiv bilik, idrak fəaliyyəti


2. Bu üsul oyun-tapmaca formasında keçirildiyi üçün şagirdlərdə həmişə yüksək fəallıq yaradır və onların məntiqi, tənqidi təfəkkürünü formalaşdırır. Qeyd olunan fikirlər hansı təlim üsuluna aiddir?
A) Ziqzaq
B) Karusel
C) Əqli hücum
D) Anlayışın çıxarılması
E) Müzakirə


3. Təhsilverənlərin vəzifələrinə aid deyil.
A) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək.
B) Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək.
C) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
D) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək.
E) Təhsil müəssisəsində vəzifə tutmaq.


4. Hansı xüsusiyyət fərdi iş formasının müsbət cəhətinə aiddir?
A) Şagirdlərin daha yaxından əməkdaşlıq etməsini təmin etmək.
B) Şagirdin fərdi imkanlarını yaxından izləmək.
C) Vaxt itkisinə yol verməmək.
D) Şagirdlərdə bir-birini dinləmək bacarığını formalaşdırmaq.
E) Şagirdləri birgə fəaliyyətə alışdırmaq.


5. Təhsil sahəsində dövlət siyasətinin başlıca prinsipləri hansı sənəddə təsbit olunmuşdur?
A) Azərbaycan Respublikasında Konstitusiyası
B) Dövlət Təhsil Standartları
C) Azərbaycan Respublikasının Təhsil Qanunu
D) Təhsil sahəsində İslahat Proqramı
E) Bazis tədris planı


6. Pedaqoji prosesin komponentlərinə aid deyil?
A) Məzmun komponenti
B) Məqsəd komponenti
C) Nəticə komponenti
D) Hazırlıq komponenti
E) Fəaliyyət komponenti


7. Verilənlər idrak taksanomiyasının hansı mərhələsinə aiddir: “Ayırır,hissələrə bölür, əlaqələndirir, müəyyən edir”.
A) Dəyərləndirmə
B) Analiz
C) Bilik
D) Anlama
E) Sintez


8. Fəal dərsin hansı mərhələsində müəllim rəmzi materiallardan, açıq suallardan, açar sözlərin köməkliyindən daha çox istifadə edir:
A) Motivasiya
B) Yaradıcı tətbiqetmə
C) Qiymətləndirmə
D) Ümumiləşdirmə və nəticələrin çıxarılması
E) İnformasiya mübadiləsi


9. Pedaqoji prosesin təşkili texnologiyasına aid olmayan hansıdır?
A) Təlim texnologiyası
B) Pedaqoji texnologiyalar
C) Mövzunun seçilməsi texnologiyası
D) Məzmunun müəyyənləşdirilməsi texnologiyası
E) Məzmunla formanın vəhdəti texnologiyası


10. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) Müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.
B) Müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq.
C) Şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.
D) Tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.
E) Yuxarıdakılardan heç biri