1. Bu üsul digər üsullara nisbətən daha sərbəstdir. Sonu məchulluqdur. Bu hansı üsuldur?
A) Rollu oyun
B) Kublaşdırma
C) Modelləşdirmə
D) Venn diaqramı
E) Müzakirə
2. Təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret fakt və hadisələr üzərində qurmağı nəzərdə tutur.
A) Elmilik prinsipi
B) Əyanilik prinsipi
C) Şüurluluq və fəallıq prinsipi
D) Sistemlilik və ardıcıllıq prinsipi
E) Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi
3. Özünütərbiyə hansı məqsədlə başlayır?
A) Obyektin öz hərəkətlərini arzu olunan motiv kimi dərk etməsi məqsədilə
B) Başqalarının hərəkət və davranışına müsbət təsir etmək məqsədilə
C) Kollektiv fəaliyyətdə yaxından iştirak etmək məqsədilə
D) Başqalarından fərqlənmək məqsədilə
E) Özünüdərk məqsədilə
4. Demokratik münasibətlərin aşılanmasına imkan yaradır. Söhbət hansı təlim formasından gedir?
A) Fərdi iş
B) Cütlərlə iş
C) Qruplarla iş
D) Kollektivlə iş
E) Heç biri
5. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması nədir?
A) Evdə təhsil
B) Sərbəst təhsil
C) Fərdi təhsil
D) Distant təhsil
E) Formal təhsil
6. Qiymətləndirmənin prinsipinə aiddir:
A) Orijinallıq
B) Obyektivlik
C) Prinsiplik
D) Dəqiq qərar
E) Əməkdaşlıq
7. Təlimdə “qızıl qayda” nəzəriyyəsinin banisi kimdir?
A) K.D.Uşuniski
B) J.J.Russo
C) N.Gəncəvi
D) N.Tusi
E) Y.A.Komenski
8. Azərbaycan Respublikasının “Təhsil haqqinda qanunu nə vaxt imzalanıb”
A) 19 iyun 2009 - cu il
B) 27 iyun 2007 - ci il
C) 19 iyun 2010 - cu il
D) 19 iyun 2011 - ci il
E) 5 iyun 2005 – ci il
9. Belə şagirdlər rəqəmlərlə oynamağı, əşyaları toplamağı, qruplaşdırmağı xoşlayır. İşlərin necə getdiyini bilmək istəyir. Bu fikirlər hansı dərketmə formasına aiddir?
A) Lingvistik
B) Məntiqi
C) Bədən-kinestik
D) Musiqi
E) Fərddaxili
10. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması necə adlanır?
A) Evdə təhsil
B) Sərbəst təhsil
C) Distant təhsil
D) Formal təhsil
E) Fərdi təhsil