1. Aşağıda hansı fəal təlim üsulunun tətbiqi haqqında yazılıb?
“Lövhədə və ya iş vərəqində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ifadələr söyləmək öyrənənlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz və onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyyə olunur. Vaxt bitdikdən sonra müzakirə edilir və ümumiləşdirmə aparılır”.
A) Karusel
B) Ziqzaq
C) Söz assosiasiyaları
D) Klaster
E) İnsert
2. Motivasiyanı qurmamışdan əvvəl nələri müəyyən etmək lazımdır?
A) Məzmun standartının bilik və fəaliyyət komponentlərini
B) Alt standart və təlim nəticələrini
C) Metod və iş formalarını
D) Qiymətləndirmə meyarlarını
E) Yuxarıdakılardan heç birini
3. “Verilmiş sualla bağlı ideyalarını əsaslandırır”.Bu tapşırıq təfəkkürün hansı növünü müəyyən etmək üçün tərtib olunmuşdur?
A) Tənqidi
B) Məntiqi
C) Yaradıcı
D) Hafizə
E) Təxəyyül
4. Bu biliklərin kompetensiyaların formalaşdırılması baxımından qiymətləndirmək olar. Öyrənməyi öyrənmək məsələsi məhz bu biliklər və onlara müvafiq fəaliyyətləri nəzərə almaqla həyata keçirilmə bilər. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Deklorativ
B) Prosedural
C) Metakoqnitiv
D) Kontekstual
E) Faktoloji
5. Həsən dəcəl şagirddir. Əl qaldırmadan danışır, sinifdə dərsi pozmağa hər zaman cəhd edir. Müəllimi də hər zaman onu danlayır, pis xususiyyətlərini daha da qabardır. Lakin Həsəndə bir dəyişiklik olmur. Müəllim Həsənlə belə davranaraq tərbiyənin hansı prinsipini pozur?
A) Tələblərdə vahidlik
B) Kollektivdə tərbiyə
C) Yaşauyğunluq
D) Nikbinlik
E) Sözlə əməlin birliyi
6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nə zaman yaradılmışdır?
A) 2011
B) 2013
C) 2017
D) 2016
E) 2012
7. Əli əsəri oxuyub beynində təhlil edə bilmir. Burada kurikulumun hansı prinsipi pozulur?
A) Şəxsiyyətyönümlülük
B) Nəticəyönümlülük
C) Tələbyönümlülük
D) Şagirdyönümlülük
E) İnteqrativlik
8. Təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret fakt və hadisələr üzərində qurmağı nəzərdə tutur.
A) Elmilik prinsipi
B) Əyanilik prinsipi
C) Şüurluluq və fəallıq prinsipi
D) Sistemlilik və ardıcıllıq prinsipi
E) Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi
9. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları nə zaman qəbul olunub?
A) 24 yanvar 2009
B) 22 iyun 2010
C) 19 noyabr 2010
D) 12 iyun 1995
E) 24 oktyabr 2013
10. Müəllim təlimin funksiyalarını vəhdətdə həyata keçirməklə nəyə nail ola bilər?
A) Düzgün perspektiv planın qurulmasına
B) Şagirdlərin sürətli oxumasına
C) Dərs müddətinin vaxtından əvvəl bitməsinə
D) Şagird şəxsiyyətinin formalaşmasına və inkişafına
E) Dərslərin inteqrativ təşkilinə