Yoxlama nəticələri

1. Aşağıdakı fikirlərdən hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil?
A) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
B) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.
C) Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.
D) Şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etdirir.
E) Heç biri


2. Fasilitasiya qaydalarına aid deyil?
A) Psixoloji dəstəklənmənin qaydaları
B) Məlumatla təminetmə qaydaları
C) Fikrin təhrikedilməsi qaydaları
D) Qrup işinin səmərəli təşkil olunması qaydaları
E) Heç biri


3. Motivasiyanı qurmamışdan əvvəl nələri müəyyən etmək lazımdır?
A) Məzmun standartının bilik və fəaliyyət komponentlərini
B) Alt standart və təlim nəticələrini
C) Metod və iş formalarını
D) Qiymətləndirmə meyarlarını
E) Yuxarıdakılardan heç birini


4. Qrup işi zamanı müəllimin səhvini müəyyənləşdirin?
A) Qruplara bölünmə texnikalarını dərsin məqsədinə uyğun olaraq əvvəlcədən müəyyənləşdirir.
B) Qrup işi zamanı şagirdlərin suallarını cavablandırır, yaranan problemi aradan qaldırmaq üçün yeri.
C) Qrup işinin təqdimatı zamanı cavabların pis və yaxşı kimi qiymətləndirilməsindən imtina etmir.
D) Qruplar arasında fikir mübadiləsinin təşkilini əvvəlcədən planlaşdırır.
E) Qrup tapşırıqlarını dərsin məqsədinə uyğun, lakin bir-birindən fərqli olmasına üstünlük verir.


5. Həsən dəcəl şagirddir. Əl qaldırmadan danışır, sinifdə dərsi pozmağa hər zaman cəhd edir. Müəllimi də hər zaman onu danlayır, pis xususiyyətlərini daha da qabardır. Lakin Həsəndə bir dəyişiklik olmur. Müəllim Həsənlə belə davranaraq tərbiyənin hansı prinsipini pozur?
A) Tələblərdə vahidlik
B) Kollektivdə tərbiyə
C) Yaşauyğunluq
D) Nikbinlik
E) Sözlə əməlin birliyi


6. İnsanın təlim və iş prosesi dövründə qazandığı, təkmilləşdirdiyi və lazım olan anda asanlıqla tətbiq edə bildiyi avtomatlaşmış hərəkətlər nə adlanır?
A) Vərdişlər
B) Dəyərlər
C) Keyfiyyətlər
D) Əlamətlər
E) Xüsusiyyətlər


7. Təlimi mücərrəd sözlər üzərində deyil, uşaq tərəfindən bilavasitə qavranılan konkret fakt və hadisələr üzərində qurmağı nəzərdə tutur.
A) Elmilik prinsipi
B) Əyanilik prinsipi
C) Şüurluluq və fəallıq prinsipi
D) Sistemlilik və ardıcıllıq prinsipi
E) Nəzəriyyə və praktikanın əlaqəsi prinsipi


8. Demokratik münasibətlərin aşılanmasına imkan yaradır. Söhbət hansı təlim formasından gedir?
A) Fərdi iş
B) Cütlərlə iş
C) Qruplarla iş
D) Kollektivlə iş
E) Heç biri


9. Qiymətləndirmənin prinsipinə aiddir:
A) Orijinallıq
B) Obyektivlik
C) Prinsiplik
D) Dəqiq qərar
E) Əməkdaşlıq


10. Azərbaycan Respublikasının “Təhsil haqqinda qanunu nə vaxt imzalanıb”
A) 19 iyun 2009 - cu il
B) 27 iyun 2007 - ci il
C) 19 iyun 2010 - cu il
D) 19 iyun 2011 - ci il
E) 5 iyun 2005 – ci il