1. Səbinə tez bir zamanda milli rəqslərimizi öyrəndi. Bu zaman şagird dərketmənin hansı səviyyəsindən istifadə etməyi bacarır?
A) Fərddaxili
B) Bədən/kinestik
C) Məntiqi/riyazi
D) Musiqi/səs
E) Naturalist
2. Qiymətləndirmənin keyfiyyət göstəricilərinə aid deyil?
A) Mimika
B) Jest
C) Rəmzlər
D) Faiz
E) Sözlər
3. Taksanomiyaya aid düzgün fikirləri seçin.
1.Taksanomiya təlim prosesinin elmi-metodik səviyyədə planlaşdırılmasına xidmət edir.
2.Taksanomiya təfəkkürün müxtəlif növlərinin inkişafına imkan yaradır.
3.İdrak taksanomiyaların bütün mərhələləri siniflər üzrə standartlarda öz əksini tapıb.
4.Taksanomiya təlimin konqurentliyinə əminlik yaradır.
5.Taksanomiya bir-birindən asılı olmayan, bir-biri ilə əlaqəli olmayan mərhələlərdən ibarətdir.
A) 1,2,4
B) 2,3,4,5
C) 1,2,3,4,5
D) 1,2,3,4
E) 3,5,6
4. Həsən dəcəl şagirddir. Əl qaldırmadan danışır, sinifdə dərsi pozmağa hər zaman cəhd edir. Müəllimi də hər zaman onu danlayır, pis xususiyyətlərini daha da qabardır. Lakin Həsəndə bir dəyişiklik olmur. Müəllim Həsənlə belə davranaraq tərbiyənin hansı prinsipini pozur?
A) Tələblərdə vahidlik
B) Kollektivdə tərbiyə
C) Yaşauyğunluq
D) Nikbinlik
E) Sözlə əməlin birliyi
5. Bu biliklərin sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir. Qeyd olunan fikirlər biliyin hansı növünə aiddir?
A) Kontekstual
B) Prosedural
C) Deklorativ
D) Faktoloji
E) Metokoqnitiv
6. Öz fikrini əsaslandırmaq təfəkkürün hansı növünə aid edilir?
A) Tənqidi
B) Yaradıcı
C) Məntiqi
D) Məntiqi və tənqidi
E) Heç biri
7. Şagirdlərin qəbuletmə bacarığının inkişafı üçün tətbiq edilən üsul hansıdır?
A) Karusel
B) Qərarlar ağacı
C) Venn diaqramı
D) BİBÖ
E) Proqnozlaşdırma
8. Nağılın əvvəli ilə tanış olduqdan sonra davamını proqnozlaşdırmaq şagirdin hansı biliyinə əsaslanır?
A) Deklorativ
B) Faktoloji
C) Metakoqnitiv
D) Prosedural
E) Konseptual
9. Elmi metodlardan istifadə edərək tapşırıqları icra etmək.Blum taksanomiyasının hansı səviyyəsinə aiddir?
A) Anlama
B) Tətbiq
C) Qiymətləndirmə
D) Sintez
E) Təhlil
10. Təlim-tərbiyə prosesində öyrədənlərin müxtəlif pedaqoji üsul və vasitələrdən istifadə etməklə öyrənənlərin təlim və tərbiyəsinin pedaqoji əsaslar üzərində təşkilidir.
A) İnkişaf
B) Tərbiyə
C) Təhsil
D) Təlim
E) Pedaqoji proses