1. Bu üsul oyun-tapmaca formasında keçirildiyi üçün şagirdlərdə həmişə yüksək fəallıq yaradır və onların məntiqi, tənqidi təfəkkürünü formalaşdırır. Qeyd olunan fikirlər hansı təlim üsuluna aiddir?
A) Ziqzaq
B) Karusel
C) Əqli hücum
D) Anlayışın çıxarılması
E) Müzakirə
2. Dövlət standartlarının tərkib hissələrinə aid deyil?
A) Ümumi təhsilin idarə olunması
B) Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi
C) Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri
D) Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri
E) Ümumi təhsilin maddi-texniki və tədris bazası
3. Təlimin təşkilinə verilən əsas tələbləri müəyyən edin.
A) İnteqrativlik, təklifyönümlülük, fəal idrak prinsipi, qabaqlayıcı təlim
B) Təlimdə bərabər imkanların yaradılması, inkişafyönümlülük, dəstəkləyici mühitin yaradılması, şagirdyönümlülük, pedaqoji prosesin tamlığı, fəaliyyətin stimullaşdırılması
C) Şəxsiyyətə yönəlmiş təlim, təlim-tərbiyə sisteminin çevikliyi, əməkdaşlıq, dialoji təlim.
D) Problemyönlü situasiyanın yaradılması, dialoqun və əməkdaşlığın zəruriliyi, müəllim-bələdçi, şagird tədqiqatçı, psixoloji dəstək: hörmət və etibar
E) Təlimdə bərabər imkanların yaradılması, təklifyönümlülük, dəstəkləyici mühitin yaradılması, şagirdyönümlülük, bilikyönümlülük, fəaliyyətin stimullaşdırılması
4. Pedaqogikada şəxsiyyətin inkişafı neçə istiqamətdə aparılır?
A) 2
B) 4
C) 3
D) 1
E) 6
5. Tapşırıqda olan açar sözlər nəyi əks etdirir?
A) Şagirdin təlim məqsədinə uyğun olaraq həyata keçirdiyi təlim fəaliyyətini əks etdirir. Bu komponentin məzmunu birbaşa təlim məqsədlərindən asılıdır.
B) Hər hansı bilik sahəsinin öyrənilməsinin əsasını təşkil edən universal idrak kateqoriyalarını əks etdirir.
C) Hər hansı fənn və ya bilik sahəsi üzrə cisim və ya hadisəsini bildirən anlayışdır.
D) Təlim nəticələrinin nümayiş etdirilməsi yollarının təzahürüdür.
E) Təlim məqsədlərini
6. Qiymətləndirmənin keyfiyyət göstəricilərinə aid deyil?
A) Mimika
B) Jest
C) Rəmzlər
D) Faiz
E) Sözlər
7. Bu mərhələdə müəllim əsas birləşdirici ideyanı və qanunauyğunluğu aşkar etmək üçün dağınıq faktlar arasında əlaqə yaratmağa çalışmalıdır. Bu zaman müqayisə, təhlil və sintezdən istifadə olunur.
A) Motivasiya
B) Nəticələrin çıxarılması
C) İnformasiyanın müzakirəsi
D) Tədqiqatın aparılması
E) Refleksiya
8. Əli əsəri oxuyub beynində təhlil edə bilmir. Burada kurikulumun hansı prinsipi pozulur?
A) Şəxsiyyətyönümlülük
B) Nəticəyönümlülük
C) Tələbyönümlülük
D) Şagirdyönümlülük
E) İnteqrativlik
9. Taksanomiyanı pozan kimdir?
A) Şagird
B) Valideyn
C) Direktor
D) Məktəb şurası
E) Müəllim
10. Pedaqogikanın funksiyaları hansılardır?
A) Nəzəri, texnoloji
B) Nəzəri, tətbiqi
C) Nəzəri
D) Texnoloji
E) Heç biri