1. Aşağıdakı mülahizələrdən hansı(lar) doğrudur?
1) High Color rejimindəki rəng sayı True Color rejimindəkinə nisbətən daha çoxdur.
2) Hər pikseli üçün bir bit informasiya tələb olunan təsvir ən çoxu iki rəngdən ibarət ola bilər.
3) Hər rəngin eyni sayda çaları olduğu sistemlərdən CMYK sistemi ilə kodlaşdırılan təsvir RGB sistemi ilə kodlaşdırılandan daha çox yaddaş tələb edir.
A) yalnız 1
B) 1 və 2
C) 2 və 3
D) yalnız 3
E) 1 və 3
2. Qrafiki faylın ölçüsü hansı parametrlərdən asılı deyil?
A) Təsvirin sahəsi
B) Ayırdetmə
C) Pikselin təsviri üçün bitlərin miqdarı
D) Sıxlaşdırma əmsalı
E) Təsvirin mütənasibliyi
3. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə simvol verilmişdir?
1100110110011011110011011011110001011001
A) 3
B) 4
C) 5
D) 6
E) 8
4. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə müxtəlif simvol var?
110011011001101110011011101111001100110110111100
A) 3
B) 6
C) 4
D) 8
E) 5
5. Aşağıdakı kod fraqmentində UNICODE ilə kodlaşdırılmış neçə müxtəlif simvol var?
1100110110011011101111001100110111001101100110110101100110111100
A) 4
B) 3
C) 5
D) 8
E) 6
6. Aşağıdakı ifadə ASCII ilə kodlaşdırıldıqdan sonra UNICODE ilə dekodlaşdırılarsa, neçə müxtəlif simvol təsvir olunar?
ABCDCBAECB
A) 10
B) 5
C) 3
D) 4
E) 8
7. 2 kB + 5120 B + 256 bit = ? B
A) 5378
B) 7200
C) 5154
D) 7424
E) 7152
8. 3 mərtəbəli onaltılıq ədəd kompüterin yaddaşında neçə bit yer tutar?
A) 3
B) 12
C) 8
D) 16
E) 48
9. 25 ədədini yadda saxlamaq üçün neçə bit tələb olunur?
A) 5
B) 32
C) 8
D) 6
E) 2
10. Hansı variantda göstərilənlər 48 KB-a bərabərdir?
1. 48•210 bit
2. 3•214 bayt
3. 12•215 bit
4. 6•216 bayt
A) 1 və 2
B) 1 və 3
C) 2 və 3
D) 2 və 4
E) 1 və 4