Yoxlama nəticələri

1. FIELD DATA adlanan hərbi standartlar qrupunun əsas xüsusiyyətlərinə aid edilir:
1. 7 mərtəbəli kodlaşdırma
2. 32 simvolu kodlaşdırma
3. yazı və çap ingilis hərfləri üçün kodların olması
4. məlumatın xüsusi ayırıcı kodlarının olması

A) 1, 2, 3
B) 2, 3, 4
C) 1, 3, 4
D) 1, 2, 4
E) Heç biri


2. ... əməlini sadələşdirmək məqsədilə kompüterdə xüsusi kodlardan istifadə olunur və nəticədə ... əməli ... əməlinə gətirilib çıxardılır.
A) çıxma, toplama, toplama
B) toplama, çıxma, vurma
C) vurma, çıxma, toplama
D) çıxma, çıxma, toplama
E) çıxma, toplama, vurma


3. 5120 kB fayl olan diskə 8192 bayt yeni fayl yazdıqdan sonra diskdən ümumi ölçüsü 2 MB olan bir neçə fayl silinir. Diskdə neçə kB fayl qalar?
A) 3080
B) 11264
C) 13310
D) 8195
E) 3128


4. 011011002 və 101101012 ədədlərinin cəmi əlavə kodda hansı nəticəni verər?
A) 010100001
B) 00100001
C) 10100010
D) 10100001
E) 00100010


5. Aşağıdakı mülahizələrdən hansı(lar) doğrudur?
1) High Color rejimindəki rəng sayı True Color rejimindəkinə nisbətən daha çoxdur.
2) Hər pikseli üçün bir bit informasiya tələb olunan təsvir ən çoxu iki rəngdən ibarət ola bilər.
3) Hər rəngin eyni sayda çaları olduğu sistemlərdən CMYK sistemi ilə kodlaşdırılan təsvir RGB sistemi ilə kodlaşdırılandan daha çox yaddaş tələb edir.

A) yalnız 1
B) 1 və 2
C) 2 və 3
D) yalnız 3
E) 1 və 3


6. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə müxtəlif simvol var?
110011011001101110011011101111001100110110111100

A) 3
B) 6
C) 4
D) 8
E) 5


7. 2 kB + 5120 B + 256 bit = ? B
A) 5378
B) 7200
C) 5154
D) 7424
E) 7152


8. Hansı variantda göstərilənlər 48 KB-a bərabərdir?
1. 48•210 bit
2. 3•214 bayt
3. 12•215 bit
4. 6•216 bayt

A) 1 və 2
B) 1 və 3
C) 2 və 3
D) 2 və 4
E) 1 və 4


9. Şəkildə ASCII kod cədvəlinin bir hissəsi verilmişdir.
“b” simvolunun səkkizlik kodu hansıdır?



A) 98
B) 142
C) 67
D) 103
E) 134


10. Şəkildə ASCII kod cədvəlinin bir hissəsi verilmişdir.
“K” simvolunun ikilik kodu hansıdır?



A) 01011111
B) 10101101
C) 01010111
D) 01001011
E) 00111101