1. Hansı(lar) informasiyanın fiziki mühafizə formasıdır?
1) verilən
2) kəmiyyət
3) parametr
A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 2 və 3
E) 1 və 3
2. Əgər bir sətirdə 64 simvol və hər vərəqdə 32 sətir varsa, 8 kB (kilobayt) ölçülü informasiya neçə səhifəyə yerləşər?
A) 256
B) 64
C) 16
D) 8
E) 4
3. 215 ədədi kompüterin yaddaşında nə qədər tutar?
A) 215 bit
B) 15 bit
C) 2 bayt
D) 215 bayt
E) 15 bayt
4. Yalnız 1-dən kiçik ədədlərin təsvir olunduğu forma aşağıdakılardan hansıdır?
A) Tam ədəd
B) Sabit nöqtəli
C) Sürüşən nöqtəli
D) Simvol
E) Məntiqi
5. 5120 kB fayl olan diskə 8192 bayt yeni fayl yazdıqdan sonra diskdən ümumi ölçüsü 2 MB olan bir neçə fayl silinir. Diskdə neçə kB fayl qalar?
A) 3080
B) 11264
C) 13310
D) 8195
E) 3128
6. ASCII haqqında verilmiş mülahizələrdən hansı(lar) doğrudur?
1) bu standart 256 simvolu kodlaşdırmağa imkan verir
2) 128-dən 255-ə qədər olan hissənin müxtəlif variantları var
3) hər simvol üçün 16 mərtəbəli ikilik kod istifadə olunur
A) yalnız 1
B) 1 və 2
C) yalnız 2
D) 1 və 3
E) 2 və 3
7. Aşağıdakı kod fraqmentində ASCII ilə kodlaşdırılmış neçə simvol verilmişdir?
1100110110011011110011011011110001011001
A) 3
B) 4
C) 5
D) 6
E) 8
8. 2 kB + 5120 B + 256 bit = ? B
A) 5378
B) 7200
C) 5154
D) 7424
E) 7152
9. 10 MB + 4096 KB + 8192 B = ? KB
A) 12298
B) 14337
C) 4114
D) 14104
E) 14344
10. Şəkildə ASCII kod cədvəlinin bir hissəsi verilmişdir.
“N” simvolunun səkkizlik kodu hansıdır?
A) 78
B) 255
C) 110
D) 125
E) 116