Yoxlama nəticələri

1. Say sisteminin əsası nədir?
A) Say sisteminin ən böyük rəqəmi
B) Say sisteminin ən kiçik rəqəmi
C) Say sisteminin rəqəmləri cəmi
D) Say sistemində iştirak edən rəqəmlərin sayı
E) Say sisteminin rəqəmlərinin ədədi ortası


2. Mətn prosessorlarının mətn redaktorundan əsas üstünlüyü nədədir?
A) Mətnlərin formatlaşdırılması imkanı
B) Mətnlərin redaktəsi imkanı
C) Xarici yaddaşa qənaət etməsi
D) Animasiyalı mətnlər yaratmaq imkanı
E) Veb səhifələr yaratmaq imkanı


3. Aşağıdakı proqramın icrasından sonra y dəyişəni hansı qiyməti alacaq.
x=4; y=x*pow(x,2); print(y=,y)

A) y=64
B) y=8
C) y=20
D) y=6
E) y=10


4. Kompüterdə məsələnin həlli hansı ardıcıllıqla aparılır?
1. işçi proqramın icrası, nəticələrin alınması və təhlili
2. proqramlaşdırma dilinin seçilməsi və sazlanması
3. həll alqoritminin yaradılması
4. verilənlərin strukturunun təyini
5. məsələnin qoyuluşu

A) 1, 2, 3, 5, 4
B) 5, 1, 3, 4, 2
C) 3, 2, 1, 5, 4
D) 5, 3, 4, 2, 1
E) 5, 4, 1, 2, 3


5. Aşağıdakılardan hansı relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil?
A) Cədvəlin açar sahəsi olmalıdır
B) Cədvəlin bütün sütunları eyni struktura malik olmalıdır
C) Cədvəlin bütün sətirləri eyni struktura malik olmalıdır
D) Cədvəlin sətirlər ardıcıllığı istənilən kimi ola bilər
E) Cədvəlin sütun başlıqları təkrarlanmamalıdır


6. Əməliyyatın nəticəsi nə olacaq?
x = 589
y = 5
x = x // y
y = x % y
print(y, x)

A) 3 117
B) 1 117
C) 2 12
D) 2 17
E) 2 117


7. Filtr (və ya keşikçi) tip antivirus proqramlarının əsas funksiyası nədir?
A) Əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir
B) Virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir
C) Kataloqların, proqramların, sistem sahələrinin məzmununu yadda saxlamaqla, dövri olaraq, cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir
D) İcra olunan proqram fayllarına, rezident proqramların yerləşdirilməsinə, diskin yükləyici sektoruna nəzarət edir, təhlükəli əməliyyatları izləyir
E) Vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır


8. III nəsil EHM-ə aid olmayan cavabı müəyyən edin.
A) İlk dəfə maqnit yaddaş diskindən istifadə olundu
B) İlk dəfə monitordan istifadə edildi
C) İlk dəfə yarımkeçiricilərdən istifadə edildi
D) Kompüterdə multiproqram rejimindən istifadə edildi
E) Kompüterə çoxlu əlavə qurğular qoşulması imkanı yaradıldı


9. Verilmiş URL ünvana əsasən ən aşağı səviyyəli domeni təyin edin.
https://www.informatika.edu.az

A) az
B) https
C) www
D) informatika
E) https://www


10. Python dilində sətri siyahıya çevirmək üçün hansı metoddan istifadə edilir?
A) Type()
B) List()
C) Str()
D) Split()
E) Join()