Yoxlama nəticələri

1. Bu proqramın icrasından sonra iş sahəsində hansı fiqur çəkiləcək?
qələmiendir
sağa 90
irəli 100
sola 120
irəli 100
sola 120
irəli 100

A) Üç qırıq xətt
B) Kvadrat
C) Paraleloqram
D) Üçbucaq
E) Trapesiya


2. Aşağıdakılardan hansılar əməliyyat sisteminin funksiyalarına aiddir?
1. əməliyyat sisteminin nüvəsi avtomatik yüklənməni təmin edir
2. mürəkkəb mətnlərin hazırlanması
3. kompüterin fiziki mühafizəsi
4. diskdə verilənlərin saxlanması üçün fayl sistemini təşkil edir
5. proqramın əməli yaddaşa yüklənməsini təmin edir və icrasını idarə edir
6. proqramlara virus düşməsinin qarşısını alır.

A) 1, 3, 6
B) 2, 4
C) 2, 5, 6
D) 1, 4, 5
E) 1, 6


3. Aşağıdakılardan hansılar rastr tipli təsvirlərin mənfi cəhətinə aiddir?
1. rastr təsvirlər yaddaşa qənaət etmirlər
2. rastr təsvirlərin ölçülərini dəyişmək olmur
3. rastr təsvirləri vektor təsvirlərə çevirmək olmur
4. rastr təsvirlərin ölçülərini dəyişən zaman öz keyfiyyətlərini itirirlər
5. rastr təsvirlərdə ancaq ağ-qara rəng modelindən istifadə edilir.

A) 1, 5
B) 1, 4
C) 2, 4
D) 3, 5
E) 1, 3


4. Aşağıdakı proqramın icrasından sonra y dəyişəni hansı qiyməti alacaq.
x=4; y=x*pow(x,2); print(y=,y)

A) y=64
B) y=8
C) y=20
D) y=6
E) y=10


5. Qrafiki fayl 1024 rəng çalarına malik idi. Bu qrafiki təsvirin rəng çalarlarının sayı 256 dəfə azaldılarsa, qrafiki təsvirin yaddaş tutumu necə dəyişər?
A) 256 dəfə artar
B) 256 dəfə azalar
C) 4 dəfə azalar
D) 2 dəfə azalar
E) 5 dəfə azalar


6. Açıq arxitektura prinsipi nədir?
A) Kompüterə əlavə qurğuların qoşula bilməsi və bir modelin digər modelə çevrilə bilməsi
B) Kompüterin uzun müddət şəbəkəyə qoşulması
C) Kompüterin şəbəkədən açılması
D) Operativ yaddaşın böyüdülməsi
E) Kompüterin İnternetə qoşulması


7. Aşağıdakı hesablama hansı say sistemində doğrudur?
43x+12x=55x

A) 5
B) 10
C) 6 və yuxarı
D) 7
E) 5 və yuxarı


8. Sərt disklərdə informasiyanın saxlanmasının təhlükəsizliyini təmin etmək üçün onları nədən qorumaq lazımdır?
A) Temperaturan aşağı düşməsindən
B) Atmosfer təzyiqinin dəyişkənliyindən
C) İşıqdan
D) Xarici fiziki təsirlərdən
E) Səs siqnallarından


9. Kompüterdə məsələnin həlli hansı ardıcıllıqla aparılır?
1. işçi proqramın icrası, nəticələrin alınması və təhlili
2. proqramlaşdırma dilinin seçilməsi və sazlanması
3. həll alqoritminin yaradılması
4. verilənlərin strukturunun təyini
5. məsələnin qoyuluşu

A) 1, 2, 3, 5, 4
B) 5, 1, 3, 4, 2
C) 3, 2, 1, 5, 4
D) 5, 3, 4, 2, 1
E) 5, 4, 1, 2, 3


10. Bu skaner növündə kağız skanerin şəffaf şüşəsinin üzərinə sərilir və şüşənin altından keçən lazer şüası kağızdakı informasiyanı qəbul edir.
A) Flatbed
B) Overhead
C) Sheet-fed
D) Handheld
E) LED