1. ASCII vasitəsilə kodlaşdırılmış "Operating system" ifadəsi UNİCODE ilə dekodlaşdırıldıqdan sonra ondan 4 ədəd simvolu silsək, ifadə yaddaşda neçə bit yer tutar?
A) 64
B) 16
C) 128
D) 32
E) 192
2. "Corel PhotoPaint" ifadəsi yaddaşda 24 bayt yer tutursa, onun kodlaşdırıldığı sistemdə maksimum neçə simvol ola bilər?
A) 32
B) 1024
C) 256
D) 4096
E) 12
3. Hər səhifəsində 32 sətir olan kitabın hər sətrində 144 simvol varsa, 180 KB həcmli kitab neçə səhifədən ibarətdir?
A) 80
B) 40
C) 20
D) 32
E) 64
4. 216 KB ölçülü kitab hər biri 27 sətirdən ibarət olan 256 səhifədən təşkil olunmuşdur. Hər sətirdə neçə simvol var?
A) 54
B) 64
C) 81
D) 36
E) 32
5. Cümlədə 5 hərfli 7 söz və 4 durğu işarəsi işlənibsə, UNICODE vasitəsilə kodlaşdırıldıqda kompüterin yaddaşında nə qədər yer tutar?
A) 90 bayt
B) 45 bayt
C) 78 bayt
D) 39 bayt
E) 86 bayt
6. Kodlaşdırma sistemində cəmi 32 simvolu kodlaşdırmaq mümkündürsə, həmin sistemlə kodlaşdırılmış “ALQORİTM” sözü kompüterin yaddaşında neçə bayt yer tutar?
A) 40
B) 8
C) 5
D) 16
E) 32
7. FİELDDATA vasitəsilə kodlaşdırılmış "Protokol" ifadəsində neçə bit informasiya var?
A) 64
B) 28
C) 32
D) 56
E) 128
8. Cümlənin yazılışında 5 hərfli 6 söz və 2 durğu işarəsi işlənmişdirsə, onun ASCII sxemi ilə kodu neçə bayt olar?
A) 30
B) 32
C) 37
D) 39
E) 28
9. “İNFORMASİYA TEXNOLOGİYALARI” ifadəsi FieldData sxemilə kodlaşdırılıbsa, ifadədə neçə bit informasiya var?
A) 108
B) 189
C) 216
D) 432
E) 378
10. “KOMPÜTER ELMİ” ifadəsi UNICODE sxemilə kodlaşdırılıbsa, kod ASCII vasitəsilə dekodlaşdırıldıqda aşağıdakı ifadələrdən hansına uyğun gələ bilər?
A) “İNFORMASİYA VƏ KODLAŞDIRMA”
B) “İNFORMASİYA SİSTEMLƏRİ”
C) “ALQORİTM VƏ PROQRAMLAŞDIRMA”
D) “İNFORMASİYA VƏ AVTOMATİKA”
E) “İNFORMASİYA TEXNOLOGİYALARI”