Yoxlama nəticələri

1. 216 KB ölçülü kitab hər biri 27 sətirdən ibarət olan 256 səhifədən təşkil olunmuşdur. Hər sətirdə neçə simvol var?
A) 54
B) 64
C) 81
D) 36
E) 32


2. Cümlədə 5 hərfli 7 söz və 4 durğu işarəsi işlənibsə, UNICODE vasitəsilə kodlaşdırıldıqda kompüterin yaddaşında nə qədər yer tutar?
A) 90 bayt
B) 45 bayt
C) 78 bayt
D) 39 bayt
E) 86 bayt


3. Kodlaşdırma sistemində cəmi 32 simvolu kodlaşdırmaq mümkündürsə, həmin sistemlə kodlaşdırılmış “ALQORİTM” sözü kompüterin yaddaşında neçə bayt yer tutar?
A) 40
B) 8
C) 5
D) 16
E) 32


4. FİELDDATA vasitəsilə kodlaşdırılmış "Protokol" ifadəsində neçə bit informasiya var?
A) 64
B) 28
C) 32
D) 56
E) 128


5. Cümlənin yazılışında 5 hərfli 6 söz və 2 durğu işarəsi işlənmişdirsə, onun ASCII sxemi ilə kodu neçə bayt olar?
A) 30
B) 32
C) 37
D) 39
E) 28


6. “İNFORMASİYA TEXNOLOGİYALARI” ifadəsi FieldData sxemilə kodlaşdırılıbsa, ifadədə neçə bit informasiya var?
A) 108
B) 189
C) 216
D) 432
E) 378


7. “KOMPÜTER ELMİ” ifadəsi UNICODE sxemilə kodlaşdırılıbsa, kod ASCII vasitəsilə dekodlaşdırıldıqda aşağıdakı ifadələrdən hansına uyğun gələ bilər?
A) “İNFORMASİYA VƏ KODLAŞDIRMA”
B) “İNFORMASİYA SİSTEMLƏRİ”
C) “ALQORİTM VƏ PROQRAMLAŞDIRMA”
D) “İNFORMASİYA VƏ AVTOMATİKA”
E) “İNFORMASİYA TEXNOLOGİYALARI”


8. “İNFORMATİKA ELMİ” ifadəsi FieldData ilə kodlaşdırılıb, ASCII ilə dekodlaşdırılsa, alınan ifadədə neçə simvol olar?
A) 8
B) 14
C) 16
D) 32
E) 28


9. “İNFORMATİKA ELMİ” ifadəsi 12 bayt informasiya daşıyırsa, onun kodlaşdırıldığı sxemdə maksimum neçə simvol ola bilər?
A) 32
B) 64
C) 144
D) 48
E) 96


10. Hər sətrində 120 simvol olan 32 səhifəlik ASCII ilə kodlaşdırılmış mətn 30 kB ölçüyə malikdirsə, onun hər səhifəsində neçə sətir mövcuddur?
A) 10
B) 16
C) 8
D) 12
E) 32