1. Modeli yaradılan obyektin özünə nə deyilir?
A) maket
B) müqəvva
C) prototip
D) canlı
E) abstrakt
2. Aşağıdakılardan hansı modelin istifadə sahəsinə təsnifatına daxil deyil?
A) tədris modeli
B) imitasiya modeli
C) elmi-texniki model
D) təcrübi model
E) statik model
3. Kristal qəfəs hansı modelə aiddir?
A) tədris modeli
B) imitasiya modeli
C) elmi-texniki model
D) təcrübi model
E) dinamik model
4. Aşağıdakılardan hansı maddi model deyil?
A) qlobus
B) anatomik mulyaj
C) bina maketi
D) kristal qəfəs
E) xəritə
5. Aşağıdakılardan hansı informasiya modeli deyil?
A) Alqoritm
B) Düstur
C) Maket
D) Sxem
E) Şəkil
6. Formal dillər vasitəsilə informasiya modelinin qurulması prosesinə nə deyilir?
A) Layihələndirmə
B) Alqoritmləşdirmə
C) Vizuallaşdırma
D) Formallaşdırma
E) Aqreqatlaşdırma
7. Öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayda obyektən ibarət olan struktur necə adlandırılır?
A) Ağac
B) Qraf
C) Cədvəl
D) İyerarxik
E) Matris
8. Bir təpədən çıxan til həmin təpəyə qayıdarsa, belə tilə nə deyilir?
A) ilgək
B) qövs
C) vətər
D) dövrə
E) diqraf
9. Müəyyən istiqaməti olan tilə nə deyilir?
A) ilgək
B) qövs
C) vətər
D) dövrə
E) diqraf
10. Qrafın təpələrini birlədirən xətlər necə adlanır?
A) ilgək
B) qövs
C) til
D) vətər
E) dövrə