1. 78 metr uzunluğunda məftili 12 m və 15 m-lik hissələrə bölmək istəyirlər. Məftilin kəsiyi qalmamaq şərti ilə onu neçə hissəyə bölmək olar?
3
5
6
8
13
2. Əlinin saatı 10 dəqiqə geri qalırmış, o da elə bilir ki, 5 dəqiqə qabağa qaçır. Rasimin saatı isə 5 dəqiqə qabağa qaçırmış o da elə bilirmiş ki, 10 dəqiqə geri qalır. Əli Rasimlə danışdı ki, saat 1600-da görüşələr. Kim görüş yerinə birinci gələcək?
Əli
Rasim
eyni vaxtda gələcəklər
3. Eyni ölçüdə 4 və 5 m-lik taxtalar var. Uzunluğu 1 m olan 20 taxta parçası lazımdır. Taxtanı 1 dəfə kəsmək üçün 2 dəqiqə lazımdır. Hansı taxtanı kəsmək sərfəlidir?
4 m-liyi
5 m-liyi
fərqi yoxdur
4. 9 mərtəbəli binanın tək nömrəli bloklarının hər mərtəbəsində 2, cüt nömrəli bloklarının hər mərtəbəsində isə 3 mənzil var. 124-cü mənzil neçənci blokda və neçənci mərtəbədə yerləşir?
VII blok, V mərtəbə
VI blok, VI mərtəbə
VII blok, IV mərtəbə
VI blok, V mərtəbə
VI blok, VII mərtəbə
5. Üç dost rastlaşdılar. Heykəltəraş Ağayev, musiqiçi Qarayev və rəssam Sarıyev. Qara saçlı dedi “Yaxşı ki, bizlərdən biri ağ saçlı, bir qara saçlı, digəri isə kürəndir, lakin heç birimizin saçının rəngi familiyasına uyğun deyil”. Ağayev dedi: “Sən doğru deyirsən”. Rəssamın saçı hansı rəngdədir?
qara
sarı
ağ
6. Kotlet bişirmək üçün tavaya 2 kotlet yerləşdirmək olur. Kotletin 2 tərəfi 10 dəqiqəyə bişir. 3 kotleti belə tavada ən tez neçə dəqiqəyə bişirmək olar?
10
20
30
15
25
7. 16 eyni ölçülü metal puldan biri saxtadır (daha yüngüldür). Ən azı neçə dəfə qollu tərəzidə pulların çəkisini ölçmək lazımdır ki, saxta pulu müəyyən etmək mümkün olsun?
1
2
3
4
5
8. 5 çemodan və bunların 5 açarı var. Lakin bu açarların hansının hansı çemodana düşdüyü məlum deyil. Ən çoxu neçə sınaq keçirilməlidir ki, hər çemodanın öz açarı tapılsın?
5
10
9
15
14
9. Bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri qadınlar, cümə axşamı, cümə və şənbə günləri isə kişilər yalan danışırlar. Bazar günü isə həm kişilər, həm də qadınlar doğru danışırlar.
Kişi deyir: – mən dünən yalan danışdım.
Qadın deyir: – mən də.
Bu dialoq hansı gün baş tutub?
Bazar ertəsi
Çərşənbə
Cümə
Şənbə
Cümə axşamı
10. Tutumları uyğun olaraq 8, 5 və 3 vedrə olan 3 çəllək vardır. Birinci çəllək su ilə doludur. Boş çəlləklərdən istifadə etməklə ən azı neçə dəfədən sonra bütün suyu bərabər hissələrə bölmək olar?
5
6
7
8
9
11. İtalyan, fransız, ingilis, ispan, alman bir kupedə yol gedirlər. Fransız ingilisə deyir: “Maraqlıdır, bizim hər birimiz öz dilimizdən başqa buradakılardan yalnız birinin dilini bilirik”. İngilis cavab verir: “Düz deyirsən, həm də hər birimizin dilini özümüzdən başqa yalnız bir nəfər bilir”. Alman ispana deyir: “Bunlar nə danışırlar?” İspan cavab verir: “Bilmirəm, fransızca danışmırlar axı.”
İngilis öz dilindən başqa hansı dili bilir?
fransız
yapon
alman
italyan
ispan
12. Sizə bir üzündə göyərçin şəkli, dələ şəkli, 1 və 5 ədədləri təsvir olunmuş dörd kart təqdim olunur. Bildirilir ki, bu kartların bir üzündə şəkillər digər üzündə isə ədədlər vardır. Şəkil və ədədlərin təsvir olunması müəyyən qaydaya tabedir. Qaydaya görə, bu kartlarda əgər bir üzdə quş şəkli olarsa, onda digər üzdə sadə ədəd yazılmışdır.
Siz bu qaydanın doğru və ya yanlış olmasını yoxlamaq üçün iki kartı çevirib arxa tərəfinə baxa bilərsiniz. Baxacağınız kartlar hansılar olsa, məqsədinizə nail olarsınız?
göyərçin şəkli olan və 1 yazılan
göyərçin şəkli olan və 5 yazılan
dələ şəkli olan və 1 yazılan
dələ şəkli olan və 5 yazılan
1 və 5 yazılan