1. Səhər yuxudan oyanırsınız və çarpayıda küçənin ortasında olduğunuzu görürsünüz. Nə edərsiniz?
Sizi bura gətirəni söyərsiniz
Ətrafdakıları da yatmağa dəvət edərsiniz
Yorğanı götürüb evə qaçarsınız
Yorğanı başınıza çəkib yatmağa davam edərsiniz
Deyəsən yuxumu qatmışam deyərsiniz

2. Yaşlı bir adam ölərkən qəbrinə mobil telefonunun qoyulmasını vəsiyyət edir. Sizcə bunun səbəbi nədir?
Yəqin telefonu özündən qabaq ölüb
Adam dəli olub
Cəhənnəmə düşsə pojarni çağıracaq
SMS-lə dua qəbul edəcək
Dirilsə kömək çağıracaq

3. Qonaqlıqdasınız. Sizə çay gətiriblər. İçmək istədikdə görürsünüz ki, içərisində milçək var. Nə edərsiniz?
"Bəlkə, şorbanı çaydan sonra verəsiniz" deyərsiniz.
Birtəhər çayı içərsiniz
Çayı içərəm, milçəyi də yeyərəm
"Çaya niyə milçək salmısınız? Bəlkə mən limon salacaqdım" deyərsiniz.
Çayı içmərəm

4. Tələbəsiniz. Dərs getdiyi müddətdə yuxunuz gəli və yatırsınız. Müəllim sizi oyadır. Siz necə reaksiya verərsiniz?
"Üstümü örtməyin, hava istidir" deyərsiniz
"Oyatmamış qapını döyərdin də..." deyərsiniz
"Fikrə getmişdim" deyərdiniz.
"Çox xoruldamırdım ki" deyərdiniz
"Yuxunun şirin yerində də adamı oyadarlar?" deyərdim

5. Bazardasınız. Adam çoxdur. Necə olursa, bir qadının satdığı bir səbət yumurtanı ayaqlayıb sındırırsınız. Nə edərdiniz?
"Ay xala, nə etdin? Bilirsən bu ayaqqabıları neçəyə almışam" deyərsiniz.
Yumurtaları alarsınız
Pulunu verərsiniz
Dabanınıza tüpürüb qaçarsınız
"Ay xala, indi toyuqlara nə cavab verəcəksən?" deyərsiniz

6. Məşhur bir kinoaktyorla yol yoldaşısınız. Bu sənətdən anladığınızı bildirmək üçün ona sizin də vaxtilə aktyor kimi çıxış etdiyinizi söyləyirsiniz. Sizin rol aldığınız aşağıdakılardan hansı ola bilər?
Qorxu filmi
Dram
Cizgi filmi
Teatr
Komediya



Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2024