Duzları adlandırarkən əvvəlcə metalın,
sonra isə turşu qalığının adı deyilir. Məsələn, Na2SO4
- natrium-sulfat.
Duzu əmələ gətirən metal dəyişən
oksidləşmə dərəcəsinə malik olduqda metalın adından sonra onun oksidləşmə
dərəcəsi deyilir. Məsələn, Fe2(SO4)3 -
dəmir (III) sulfat.
Turş duzları adlandırarkən metalın
adından sonra duzda bir hidrogen atomu varsa - hidro, iki hidrogen atomu
varsa - dihidro sözü deyilir. Məsələn,
Ca(H2PO4)2
- kalsium-dihidroortofosfat
Əsasi duzları adlandırarkən əvvəlcə
metalın adı, sonra əgər duz molekulunda bir hidroksil qrupu varsa - hidrokso,
ikisi varsa - dihidrokso sözü və nəhayət turşu qalığının adı deyilir.
Məsələn, Al(OH)Cl2 - Alüminium-hidroksoxlorid.
İkiqat duzları adlandırarkən, əvvəlcə
ardıcıl olaraq metal atomlarının adı, sonra isə turşu qalığının adı deyilir.
Məsələn, KAl(SO4)2 - kalium-alüminium-sulfat.
Qarışıq duları adlandırarkən, əvvəlcə
metalın adı, sonra isə ardıcıl olaraq turşu qalıqlarının adları deyilir.
Əgər duzda həm oksigenli, həm də oksigensiz turşu qalıqları varsa, onda
metalın adından sonra əvvəlcə oksigensiz, sonra isə oksigenli turşu
qalığının adı deyilir. Məsələn, CaCl(OCl) - kalsium-xlorid-hipoxlorit
Duzları onların texniki və tarixi
adları ilə də adlandırırlar. Məsələn, NaCl - xörək duzu, K2CO3
- potaş və s.
[Əvvəlki səhifə]