Sabit valentli metalların (Li, Na, Ca, Al və s.) əsaslarını adlandırarkən əvvəlcə metalın adı deyilir, sonra isə hidroksid sözü əlavə olunur. Məsələn: NaOH - natrium hidroksid, Ca(OH)2 - kalsium hidroksid. Dəyişkən valentli metalların (Fe, Mn, Pb, Cr və s.) hidroksidlərini adlandırarkən əvvəlcə metalın adı yazılır, metalın valentliyi rum rəqəmi ilə mötərizədə göstərilir və sonra isə hidroksid sözü əlavə olunur. Məsələn: Cu(OH)2 - mis (II) hidroksid, Fe(OH)3 - dəmi (III) hidroksid.
    Bu adlardan başqa bəzi əsaslar üçün tarixi adlardan da istifadə edilir. Məsələn,
NaOH - yeyici natrium qələvisi, kaustik soda;
KOH- yeyici kalium qələvisi;
Ca(OH)2 - sönmüş əhəng
    Əsasların quruluş formulları aşağıdakıı kimi yazılır:
    Na - OH
    HO - Ca - OH
 
 
[Əvvəlki səhifə]
wp1300827f.png
wp3ec14c60.png
wp5368f8cb.png