Metal oksidlərini adlandırarkən
metalın adı, sonra isə mötərizədə rum rəqəmi ilə oksidləşmə dərəcəsi
göstərilir və nəhayət oksid sözü yazılır. Metal sabit valentlidirsə
onun oksidləşmə dərəcəsi göstərilmir. Məsələn:
CaO - kalsium oksid;
Al2O3 - alüminium oksid; Fe2O3
- dəmir (III) oksid
Qeyri metalların oksidlərini
həm bu qayda ilə, həm də
Beynəlxalq nomenklaturaya əsasən adlandırılır. Belə ki, əvvəlcə formuldakı birinci
elementin indeksi latın dilində yazılır, elementin adı yazılır,
sonra defis qoyulub oksigenin indeksi latın dilində yazılır və
nəhayət oksid sözü yazılır. Məsələn:
N2O5 -
diazot-pentaoksid, CO - karbon-monooksid.
Oksidlərin həmçinin təsadüfi
adlarından da istifadə edilir. Məsələn, CO2 - karbon qazı, CO
- dəm qazı, SO2 - kükürd qazı, SiO2 - qum (kvars),
N2O - şənləndirici qaz.
Oksidlərin quruluş formulları
aşağıdakı kimidir:
K - O - K, C = O, O = Al - O - Al =
O