Elementlərin yer qabığında miqdari
yayılmasının tədqiqi ilə ilk dəfə amerika alimi Klark məşğul olmuşdur. O,
50-yə qədər elementin yer qabığında faizlə yayılmasını hesablamışdır.
Elementlərin yer qabığında yayılma
xarakteri və qanunauyğunluqları ilə geokimya elmi məşğul olur. Yer
qabığı məhfumu altında adətən dəniz səthindən 16-40 km dərinlikdə olan bərk
hissə (litosfer), planetimizin su örtüyü (hidrosfer) və hava örtüyünün aşağı
hissəsi (atmosfer) nəzərdə tutulur.
Yer qabığının kütləcə yarısını təkcə
oksigen təşkil edir. Ümumiyyətlə yer qabığında ən çox yayılmış elementlər
bunlardır: O - 49,1%, Si - 26,0%, Al - 7,5%, Fe - 4,2%, Ca - 3,2%, Na -
2,4%, K - 2,3%, Mg - 2,3%, H - 1,0%, Ti - 0,9%.
Kimyəvi elementlərin bir qrupu ümumi ad
ilə "nadir elementlər" adlandırılır. Nadir element dedikdə, yer qabığında
miqdarı adi elementlərdən xeyli az olan və xassələrinin lazımi dərəcədə
öyrənilməməsi ilə əlaqədar olaraq, tətbiqi məhdud çərçivədə olan elementlər
nəzərdə tutulur: Li, Be, Ga, Ge, V, Se, Re, Rb, Sr, Sc, Kr, Nb, Te, Cs, İn,
Hf, Ta, Y, Tl, La və lantanoidlər.
Nadir elementlərin siyahıssı sabit
qalmayaraq tədricən dəyişir, yəni istehsalı və tətbiqi genişləndikcə onlar
adi elementlər qrupuna keçir.
Elementlərin yer qabığında yayılma
xarakteri ilə əlaqədar olaraq, səpələnmiş elementlər termini də meydana
çıxmışdır. "Səpələnmiş elementlər" elə elementlərdir ki, onlar təbiətdə
özlərinin məxsusi minerallarına malik olmayaraq, cüzi miqdarda başqa geniş
yayılmış elementlərin minerallarının tərkibinə daxil olur. Beləliklə həmin
elementlər yer qabığında sanki səpələnir.
Səpələnmiş elementlər başqa
elementlərin təbii birləşmələrində izomorf qatışıq şəklində paylanır. Başqa
sözlə, geniş yayılmış elementi birləşməsinin kristal şəbəkəsində qismən əvəz
edir. Lakiin belə izomorf əvəzetmə yalnız bir-birini əvəz edən ion və
atomlar arasında müəyyən kristallokimyəvi oxşarlıq olduqda baş verir.
Məsələn, qızıl və gümüş, rubidium və sezium, germanium və silisium izomorf
elementlərdir.
Elementlərin canlı orqanizmdə yayılma
xarakterinin öyrənilməsi ilə biogeokimya məşğul olur. İndiyə kimi canlı
orqanizmdə 70-dən artıq elementin mövcudluğu müəyyən edilmişdir. Canlıı
orqanizmdə müşahidə edilən elementlər öz miqdari xarakteristikaına görə üç
əsas qrupa bölünür:
Makroelementlər. Buraya miqdarı
0,001%-dən artıq olan elementlər daxil edilir. Bu elementlər canlı
orqanizmin təxminən 98%-ni təşkil edir.
Mikroelementlər. Bu elementlərin
miqdarı 0,001-0,000001% həddində olur.
Ultramikroelementlər. Bu elementlərin
miqdarı 0,000001%-dən artıq olmur.
Orqanizmdə O, C, H və N daha çox
yayılmışdır. Bu dörd elementin orqanizmda atomlarının say faizi H- 63%, O-
25,5%, C- 9,5%, N- 2% kimidir.
Kosmosda isə ən çox yayılan
elementlər Hidrogen və Heliumdur.
[Əvvəlki səhifə]